Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların əksəriyyəti hesab edir ki, Putin öz vəzifəsini yaxşı yerinə yetirir

© Sputnik / Гавриил ГригоровRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
Ölkənin 104 yaşayış məntəqəsində aparalmış sorğu nəticəsində məlum olub ki, rusiyalıların 78%-i Putinə güvənir.
BAKI, 7 oktyabr — Sputnik. Rusiyalıların əksəriyyəti (80%) hesab edir ki, ölkə prezidenti Vladimir Putin öz vəzifəsini yaxşı yerinə yetirir. "İctimai Rəy" Fondunun ("FOMnibus") sorğusunun nəticələrinə görə, respondentlərin 78%-i ona etimad göstərir.
Sorğunun nəticələrindən məlum olub ki, respondentlərin 80%-i Rusiya Federasiyası prezidentinin öz vəzifəsini yaxşı yerinə yetirdiyi qənaətindədir. Rəyi soruşulanların 11%-i suala cavab verməkdə çətinlik çəkib, 9%-inin isə rəyi mənfidir.
Bununla yanaşı, rusiyalıların 78%-i Putinə güvənirlər. Respondentlərin 13%-i dövlət başçısına etibar etmir, 9%-i isə yenə də suala cavab verməkdə çətinlik çəkib.
"FOMnibus" sorğunu 30 sentyabr - 2 oktyabr tarixlərində Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 18 və daha yuxarı yaşda olan 1,5 min respondent arasında yaşayış yeri üzrə müsahibə üsulu ilə aparıb. Bildirilir ki, sorğunun nəticələrində statistik xəta 3,6%-dən çox deyil.
Xəbər lenti
0