Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov ABŞ-a xəbərdarlıq etdi: Bunun üzərindən sükutla keçə bilmərik

© AFP 2023 / ED JONESRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, Qərb ölkələri sadəcə olaraq Kiyevin çaldığı havaya oynayır və hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər.
BAKI, 7 oktyabr — Sputnik. NATO və Avropa Ukraynanın "havasına oynayır" və Zelenskinin nüvə silahı da daxil olmaqla bəyanatlarına baxmayaraq, Kiyevə silah tədarük etməyə davam edir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Vahid Rusiya Partiyasının Ali Şurasının dördüncü iclasında videomüraciəti zamanı deyib.
"Bildiyiniz kimi, dünən Avropa Birliyinin iclası çağırıldı. Bu, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü idi və bunun ardınca Aİ diplomatiyasının rəhbəri Borrell qürurla elan etdi ki, Rusiyanın iştirakı olmadan təhlükəsizlik strukturunun formalaşma prosesi gedir. Ümumiyyətlə, onlar sadəcə olaraq Kiyevin çaldığı havaya oynayır və hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər", - deyə nazir bildirib.

"Bununla həm ABŞ, həm də müttəfiqləri Zelenskinin elan edilmiş nüvə ambisiyalarına baxmayaraq, onu silahlandırmaqla beynəlxalq gərginliyin təhlükəli şəkildə artmasına görə böyük məsuliyyəti öz üzərinə götürürlər", - Lavrov əlavə edib.

Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır, bunu Vladimir Zelenskinin NATO-nun Rusiya Federasiyasına "önləyici zərbə" endirməsi barədə bəyanatı sübut edir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Əlbəttə, biz nüvə silahının mümkün istifadəsi ilə bağlı son vaxtlar daim böyüyən müzakirələrdən, xüsusən də bu baxımdan, Kiyev rejiminin kütləvi qırğın silahlarının müxtəlif növlərindən istifadə riskləri yaratmaqdakı məqsədyönlü addımlarının üzərindən sükutla keçə bilmərik", - o, "Vahid Rusiya" partiyası Ali Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək üzrə komissiyasının dördüncü iclasında bildirib.
"Dünən Zelenski Qərbdəki ağalarını Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbəsi endirməyə çağırdı və beləliklə, bu mahiyyətcə bütün dünyaya Kiyev rejimindən gələn təhlükələrin zərərsizləşdirilməsi üçün xüsusi hərbi əməliyyata başlamağın önəmini göstərdi", - Lavrov vurğulayıb.
O əlavə edib ki, Zelenskinin ağalarının onun başqa nəsə nəzərdə tutmasını iddia etmələri gülüncdür, çünki hələ yanvar ayında o, Ukraynanın nüvə silahına sahib olmaq istəyini açıqlamışdı.
Bundan əvvəl Zelenski Avstraliyadakı Loui İnstitutunda videobağlantı vasitəsilə çıxış edərək, "Rusiyanın nüvə zərbələrini gözləməkdənsə, NATO-nun Rusiya Federasiyasına "önləyici" zərbələr endirməli olduğunu" bildirmişdi. Daha sonra Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, o, Rusiya Federasiyasına qarşı nüvə silahından istifadəyə çağırış etməyib, ancaq qabaqlayıcı sanksiyaları nəzərdə tutur.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin bəyanatı ilə əlaqədar daha əvvəl RİA Novosti-yə bildirib ki, onun sözləri dünya müharibəsinə çağırışdan başqa bir şey deyil, buna görə məsuliyyət ABŞ və Böyük Britaniyanın üzərinə düşməlidir. Kiyevin hərəkətlərini əslində yönləndirən Böyük Britaniyadır. O, həmçinin vurğulayıb ki, bütün dünya ölkələri Zelenskinin sözlərinə diqqət yetirməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Qərb nüvə müharibəsini qızışdırır və "oyuncaq və balanssız" Zelenskini planeti məhv edə biləcək canavara çevirib".
"Moskva Vaşinqtona Kiyevə sonu düşünülməmiş dəstək və münaqişəyə qarışmaması barədə xəbərdarlıq edir", - deyə Rusiya XİN rəhbəri bildirib.
Xəbər lenti
0