https://sputnik.az/20221007/avropa-ttifaqi-rusiya-ile-serhedleri-baglamaqla-sehv-siyaset-yurudur---ekspert-447189324.html
Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür - Ekspert
Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür - Ekspert
Sputnik Azərbaycan
Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı bildirib ki, Rusiya bir qonşu, neft və qaz mənbəyi kimi Türkiyənin ən mühüm tərəfdaşı, indi də... 07.10.2022, Sputnik Azərbaycan
2022-10-07T21:31+0400
2022-10-07T21:31+0400
2022-10-07T21:32+0400
avropa ittifaqı
rusiya
ekspert
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516504_0:0:3117:1754_1920x0_80_0_0_d275f6a24028ff88c7450b2bc6175882.jpg
BAKI, 7 oktyabr — Sputnik. Türkiyə Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq, çünki Rusiya Ankara üçün əsas strateji tərəfdaşdır. Bunu Türkiyədə fəaliyyət göstərən Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı bildirib."Rusiya bir qonşu, neft və qaz mənbəyi kimi Türkiyənin ən mühüm tərəfdaşı, indi də AES-in tərəfdaşı olaraq qalır. Üstəlik, atom elektrik stansiyalarında əməkdaşlıq investisiyaları həqiqətən çox böyükdür və indi bu, Rusiyanı Türkiyə üçün açıq-aşkar strateji tərəfdaşa çevirir. Ona görə də mən Türkiyənin Rusiyaya qarşı çıxacağını, Aİ və ABŞ sanksiyalarına qoşulacağını indi də, gələcəkdə də gözləmirəm", - deyə Bağcı "Valday" diskussiya platforması tərəfindən beynəlxalq nizamdakı böhran kontekstində Rusiya və Türkiyə arasında münasibətlərin yeni modeli ilə bağlı təşkil olunan müzakirə zamanı bildirib.Ekspertin fikrincə, Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür."Türkiyə Rusiya xalqına Avropanın etdiyi kimi davranmayacaq. Türkiyə sərhədləri bağlamaqla Aİ-nin istifadə etdiyi yanlış siyasətdən istifadə etməyəcək", - Bağcı əlavə edib.ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya Federasiyasına qarşı ixraca nəzarət tədbirlərini pozduqlarına görə Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə üzvləri Kanadanın sanksiyalarına məruz qalıb.Kanada hökumətinin saytında yayılan məlumatda bildirilir ki, onun həyat yoldaşı Tatyana Navka, övladları Elizabet və Nikolaya qarşı sanksiyalar tətbiq olunur.Xatırladaq ki, bu gün Kreml Sarayının Georgievski zalında sentyabrın 23-dən 27-dək referendumların keçirildiyi "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişlərin imzalanması mərasimi keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516504_388:0:3117:2047_1920x0_80_0_0_f60c836ac5757010a454c6c771a08129.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa ittifaqı, ekspert
Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür - Ekspert
21:31 07.10.2022 (Yenilənib: 21:32 07.10.2022) Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı bildirib ki, Rusiya bir qonşu, neft və qaz mənbəyi kimi Türkiyənin ən mühüm tərəfdaşı, indi də AES-in tərəfdaşı olaraq qalır.
BAKI, 7 oktyabr — Sputnik. Türkiyə Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq, çünki Rusiya Ankara üçün əsas strateji tərəfdaşdır. Bunu Türkiyədə fəaliyyət göstərən Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı bildirib.
"Rusiya bir qonşu, neft və qaz mənbəyi kimi Türkiyənin ən mühüm tərəfdaşı, indi də AES-in tərəfdaşı olaraq qalır. Üstəlik, atom elektrik stansiyalarında əməkdaşlıq investisiyaları həqiqətən çox böyükdür və indi bu, Rusiyanı Türkiyə üçün açıq-aşkar strateji tərəfdaşa çevirir. Ona görə də mən Türkiyənin Rusiyaya qarşı çıxacağını, Aİ və ABŞ sanksiyalarına qoşulacağını indi də, gələcəkdə də gözləmirəm", - deyə Bağcı "Valday" diskussiya platforması tərəfindən beynəlxalq nizamdakı böhran kontekstində Rusiya və Türkiyə arasında münasibətlərin yeni modeli ilə bağlı təşkil olunan müzakirə zamanı bildirib.
Ekspertin fikrincə, Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür.
"Türkiyə Rusiya xalqına Avropanın etdiyi kimi davranmayacaq. Türkiyə sərhədləri bağlamaqla Aİ-nin istifadə etdiyi yanlış siyasətdən istifadə etməyəcək", - Bağcı əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya Federasiyasına qarşı ixraca nəzarət tədbirlərini pozduqlarına görə Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə üzvləri Kanadanın sanksiyalarına məruz qalıb.
Kanada hökumətinin saytında yayılan məlumatda bildirilir ki, onun həyat yoldaşı Tatyana Navka, övladları Elizabet və Nikolaya qarşı sanksiyalar tətbiq olunur.
Xatırladaq ki, bu gün Kreml Sarayının Georgievski zalında sentyabrın 23-dən 27-dək referendumların keçirildiyi "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişlərin imzalanması mərasimi keçirilib.