Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ölkələrimiz sanksiyalar şəraitində əməkdaşlığa dair qərarlar qəbul edə bilirlər - Mişustin

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Azərbaycanın baş naziri Moskvada rusiyalı həmkarı ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
BAKI, 6 oktyabr - Sputnik. Rusiya və Azərbaycan Moskvaya qarşı sanksiyalar kontekstində əməkdaşlığın inkişafı ilə bağlı operativ qərarlar qəbul etməyə müvəffəq olurlar. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada keçirilən II Xəzər İqtisadi Forumu çərçivəsində Azərbaycanın baş naziri Əli Əsədovla görüşündə deyib.
Onun sözlərinə görə, bu tədbirlər, ilk növbədə, ticarət-iqtisadi əməkdaşlıq sahəsində öz nəticəsini verir.
“Dost olmayan dövlətlərin Rusiyaya qarşı qeyri-qanuni iqtisadi sanksiyaları şəraitində hökumət xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığının daha da inkişafına yönəlmiş operativ qərarlar qəbul edilir. Bu tədbirlər, ilk növbədə, ticarət-iqtisadi əməkdaşlıq sahəsində artıq öz nəticəsini verməkdədir”, - deyə Mişustin bildirib.
Baş nazir onu da bildirib ki, Rusiyanın Azərbaycana sərmayələri 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları isə təxminən 1,5 milyard dollara çatıb.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 11,5% artaraq 2,2 milyard dolları ötüb.
“Təbii ki, yeni perspektivli layihələrə start verməklə, enerji sektorunda, nəqliyyatın yenilənməsində, kənd təsərrüfatı istehsalında sənaye və istehsal zəncirləri yaratmaqla bu göstəriciləri artırmaq lazımdır”, - deyə Mişustin vurğulayıb.
Oktyabrın 5-6-da Moskvada II Xəzər İqtisadi Forumu təşkil olunub. Nəticədə nümayəndə heyətlərinin rəhbərləri birgə kommünike imzalayıblar. III Xəzər İqtisadi Forumu 2023-cü ildə İranda keçiriləcək.
Xəbər lenti
0