https://sputnik.az/20221006/gelen-il-susada-2000-neferden-cox-vetendas-meskunlasacaq-447154022.html
Gələn il Şuşada 2000 nəfərdən çox vətəndaş məskunlaşacaq
Gələn il Şuşada 2000 nəfərdən çox vətəndaş məskunlaşacaq
Sputnik Azərbaycan
Oktyabrın 5-də Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. 06.10.2022, Sputnik Azərbaycan
2022-10-06T20:23+0400
2022-10-06T20:23+0400
2022-10-06T20:25+0400
qarabağ
şuşa
sakin
məskunlaşma
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_0:103:2000:1228_1920x0_80_0_0_31489173add76ca294280faf3322eabd.jpg
BAKI, 6 oktyabr - Sputnik. Gələn ilin sonundan Şuşada 2500 nəfər yaşayacaq. Azərtac xəbər verir ki, bu sözləri Milli Şəhərsalma Forumunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.“Əhalinin qayıdışına hazır olmaq lazımdır. Gələn ildən sosial və turizm sektorlarında məşğulluq üçün işlər görüləcək. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada turizmin inkişafı əsas məqsədlərdəndir”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ilin oktyabr ayı üzrə şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində təşkil edilir. Belə ki, şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə oktyabrın 3-də “Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr edilən Ümumdünya Yaşayış Məskənləri Günü ilə start verilib.Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Bu gwn Azərbaycan Milli Şəhərsalma Forumu başa çatıb. Forumun nəticələrinə dair Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunub. Oktyabrın 5 və 6-da Ağdamda və Bakıda keçirilən Forumda 44 ölkədən 400-dən çox nümayəndə iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_114:0:1887:1330_1920x0_80_0_0_70ac941cd5c3ec9a112c8ce81345663f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, sakin, məskunlaşma
Gələn il Şuşada 2000 nəfərdən çox vətəndaş məskunlaşacaq
20:23 06.10.2022 (Yenilənib: 20:25 06.10.2022) Oktyabrın 5-də Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
BAKI, 6 oktyabr - Sputnik. Gələn ilin sonundan Şuşada 2500 nəfər yaşayacaq. Azərtac xəbər verir ki, bu sözləri Milli Şəhərsalma Forumunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
“Əhalinin qayıdışına hazır olmaq lazımdır. Gələn ildən sosial və turizm sektorlarında məşğulluq üçün işlər görüləcək. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada turizmin inkişafı əsas məqsədlərdəndir”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ilin oktyabr ayı üzrə şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində təşkil edilir. Belə ki, şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə oktyabrın 3-də “Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr edilən Ümumdünya Yaşayış Məskənləri Günü ilə start verilib.
Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Bu gwn Azərbaycan Milli Şəhərsalma Forumu başa çatıb. Forumun nəticələrinə dair Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunub. Oktyabrın 5 və 6-da Ağdamda və Bakıda keçirilən Forumda 44 ölkədən 400-dən çox nümayəndə iştirak edib.