https://sputnik.az/20221006/azerbaycanin-bas-naziri-rusiyali-hemkari-ile-gorusdu-447137734.html
Azərbaycanın Baş naziri rusiyalı həmkarı ilə görüşdü
Azərbaycanın Baş naziri rusiyalı həmkarı ilə görüşdü
Sputnik Azərbaycan
Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 06.10.2022, Sputnik Azərbaycan
2022-10-06T16:55+0400
2022-10-06T16:55+0400
2022-10-06T16:55+0400
əli əsədov
rusiya
mixail mişustin
xəzər
iqtisadi
forum
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447134081_0:960:2048:2112_1920x0_80_0_0_4afc8c75fb3d14c1768de54b00a0aaed.jpg
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.Moskvada keçirilən II Xəzər İqtisadi Forumunun (XİF) əhəmiyyəti vurğulanıb.Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.Qeyd edək ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçirilir. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər.2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib.O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447134081_0:768:2048:2304_1920x0_80_0_0_2ee036ef39de42422342e136e0bc669d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
əli əsədov, mixail mişustin, xəzər, iqtisadi, forum
əli əsədov, mixail mişustin, xəzər, iqtisadi, forum
Azərbaycanın Baş naziri rusiyalı həmkarı ilə görüşdü
Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Moskvada keçirilən II Xəzər İqtisadi Forumunun (XİF) əhəmiyyəti vurğulanıb.
Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçirilir. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib.
O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.