QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Səhiyyə Nazirliyi Edillidəki kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verib

© Sputnik / Murad OrujovEdillidəki kütləvi məzarlıq
Edillidəki kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
"Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri bizə onlara işgəncə və əzab verildiyini düşünməyə imkan verir," - Ədalət Həsənov diqqətə çatdırıb/
BAKI, 5 oktyabr — Sputnik. Xocavəndin Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verilib.
APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, Ermənistan bu meyitlərin guya Azərbaycan tərəfindən sonradan qoyulduğunu və kütləvi qətliam törətmədiklərini iddia edib.
Direktor vurğulayıb ki, lakin sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz. Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar bu gün, ya sabah götürüləcək. Məhkəmə tibbi-ekspertizası ayrı-ayrılıqda aparılacaq. 10-15 gün məhkəmə ekspertizası, bir o qədər də genetik araşdırma çəkəcək.
“Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri bizə onlara işgəncə və əzab verildiyini düşünməyə imkan verir. Hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə burada yox, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Baş Prokurorluq tərəfindən qoyulan suallara cavab veriləcək. Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş olduğu xəstəliklər varsa, onlar aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub”, - Ədalət Həsənov əlavə edib.
© Sputnik / Murad OrujovEdillidəki kütləvi məzarlıq
В селе Эдилли Ходжавендского района Азербайджана обнаружено массовое захоронение - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Edillidəki kütləvi məzarlıq
Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı cinayət işi başlanıb
Xatırladaq ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.
© Sputnik / Murad OrujovEdillidəki kütləvi məzarlıq
В селе Эдилли Ходжавендского района Азербайджана обнаружено массовое захоронение - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Edillidəki kütləvi məzarlıq
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.
İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0