https://sputnik.az/20221005/rusiya-xn-tesdiqledi-qrossi-moskvaya-gelecek-447084091.html
Rusiya XİN təsdiqlədi: Qrossi Moskvaya gələcək
Rusiya XİN təsdiqlədi: Qrossi Moskvaya gələcək
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu səfər Qrossinin Zaporojye AES-ə etdiyi səfərin davamı çərçivəsində həyata keçiriləcək. 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T17:09+0400
2022-10-05T17:09+0400
2022-10-05T17:10+0400
rusiya
rusiya
səfər
maqate
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537258_0:160:3072:1888_1920x0_80_0_0_225dcf6f2f6b7815c4774db3316b0f4c.jpg
BAKI, 5 oktyabr — Sputnik. Rusiya MAQATE-nin baş direktoru Rafael Qrossinin Moskvaya gözlənilən səfərini təsdiqləyib. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib."Qrossinin Kiyevə, oradan da Moskvaya gəlməsi ilə bağlı xəbərləri təsdiqləyirik. Səfərin tarixi ilə bağlı deyə bilərik ki, bu, yaxın bir neçə gün ərzində baş tutacaq", - Verşinin deyib."Məsələ, əlbəttə ki, vacibdir. Bu səfər onun Zaporojye AES-ə etdiyi səfərin davamı çərçivəsində həyata keçiriləcək. O, bir sıra təkliflər irəli sürüb ki, hazırda ekspertlərlə nüvə təhlükəsizliyi, o cümlədən Ukrayna tərəfinin ZAES-i atəşə tutmasının qarşısının alınması və AES-in normal işləməsi müzakirə olunur", - nazir müavini bildirib.Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavatt olan altı enerji bloku var. Mart ayından Rusiya hərbçilərinin nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın doğru olduğunu vurğulayıb. Ukrayna hərbçiləri isə Enerqodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir.Sentyabrın əvvəlində MAQATE-nin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi missiyası ZAES-ə gəlib. "Rosatom"un nümayəndə heyətinin rəhbəri və stansiyanın əməkdaşları MAQATE nümayəndə heyətinə onun ərazisindən Ukrayna qoşunlarının atəşə tutulması zamanı stansiyanın zədələnmiş hissələrini göstəriblər. MAQATE-nin iki əməkdaşı daimi olaraq ZAES-də qalıb. Missiyanın səfəri nəticəsində MAQATE ZAES-in atəşə tutulması faktını təsdiqləyən hesabat dərc edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537258_171:0:2902:2048_1920x0_80_0_0_24b18a5545653d1f2d698f59354fe956.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, səfər, maqate
Rusiya XİN təsdiqlədi: Qrossi Moskvaya gələcək
17:09 05.10.2022 (Yenilənib: 17:10 05.10.2022) Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu səfər Qrossinin Zaporojye AES-ə etdiyi səfərin davamı çərçivəsində həyata keçiriləcək.
BAKI, 5 oktyabr — Sputnik. Rusiya MAQATE-nin baş direktoru Rafael Qrossinin Moskvaya gözlənilən səfərini təsdiqləyib. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
"Qrossinin Kiyevə, oradan da Moskvaya gəlməsi ilə bağlı xəbərləri təsdiqləyirik. Səfərin tarixi ilə bağlı deyə bilərik ki, bu, yaxın bir neçə gün ərzində baş tutacaq", - Verşinin deyib.
"Məsələ, əlbəttə ki, vacibdir. Bu səfər onun Zaporojye AES-ə etdiyi səfərin davamı çərçivəsində həyata keçiriləcək. O, bir sıra təkliflər irəli sürüb ki, hazırda ekspertlərlə nüvə təhlükəsizliyi, o cümlədən Ukrayna tərəfinin ZAES-i atəşə tutmasının qarşısının alınması və AES-in normal işləməsi müzakirə olunur", - nazir müavini bildirib.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavatt olan altı enerji bloku var. Mart ayından Rusiya hərbçilərinin nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın doğru olduğunu vurğulayıb. Ukrayna hərbçiləri isə Enerqodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir.
Sentyabrın əvvəlində MAQATE-nin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi missiyası ZAES-ə gəlib. "Rosatom"un nümayəndə heyətinin rəhbəri və stansiyanın əməkdaşları MAQATE nümayəndə heyətinə onun ərazisindən Ukrayna qoşunlarının atəşə tutulması zamanı stansiyanın zədələnmiş hissələrini göstəriblər. MAQATE-nin iki əməkdaşı daimi olaraq ZAES-də qalıb. Missiyanın səfəri nəticəsində MAQATE ZAES-in atəşə tutulması faktını təsdiqləyən hesabat dərc edilib.