https://sputnik.az/20221005/patrusev-tehlukesizlik-tedbirlerinin-guclendirilmesini-tapsirdi-447072733.html
Patruşev təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırdı
Patruşev təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırdı
Sputnik Azərbaycan
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, bütün təhsil müəssisələrini bir daha yoxlamaq, onların mühafizəsindəki zəif cəhətləri... 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T11:31+0400
2022-10-05T11:31+0400
2022-10-05T11:39+0400
rusiya
nikolay patruşev
məktəb
terror
krım
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2939:1654_1920x0_80_0_0_8a11dc5097b4f92a79c980aae2f1b36d.jpg
BAKI, 5 oktyabr — Sputnik. "İjevskdə məktəbə edilən son hücum fonunda Krımda təhsil müəssisələri üçün təhlükəsizlik tədbirləri gücləndirilməlidir, xüsusən də açıq-aşkar əqli qüsurları olan insanlar nəzarət altına alınmalıdır". Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib."İjevsk məktəbində bu yaxınlarda baş vermiş terror aktını nəzərə alaraq və oxşar faciənin 4 il əvvəl Kerç Politexnik Kollecində baş verdiyini xatırlayaraq, bütün təhsil müəssisələrini bir daha yoxlamaq, onların mühafizəsindəki zəif cəhətləri müəyyənləşdirmək lazımdır", - deyə Patruşev qeyd edib.Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, yerli antiterror komissiyaları hər bir belə obyekt üçün əlavə tədbirləri, o cümlədən onların fiziki təhlükəsizlik, videomüşahidə sistemləri, xəbərdarlıq və həyəcan düymələri ilə təmin olunmasını müzakirə etməlidir."Belə işlər digər mühüm sosial infrastruktur obyektlərində də aparılmalıdır", - deyə Patruşev vurğulayıb."Eyni zamanda, mülki silahların dövriyyəsinə nəzarət gücləndirilməli, eləcə də aşkar psixi pozuntuları olan və aqressiv davranışa meyilli bütün şəxslər nəzarətə götürülməlidir", - Təhlükəsizlik Şurasının katibi əlavə edib.Xatırladaq ki, sentyabrın 26-da İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açaraq çox sayda insanı öldürüb, hadisə nəticəsində 23 nəfər, o cümlədən 20 məktəbli yaralanıb. Silahlı şəxs daha sonra intihar edib."Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdəki məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. Bu, 1988-ci il təvəllüdlü, İjevsk əsilli, bu məktəbin məzunu Artem Kazantsevdir. Hücum edənin şəxsiyyəti, onun baxışları və ətrafı öyrənilir. Onun neofaşist baxışlara sahib olub-olmaması və nasist ideologiyasına bağlılığı yoxlanılır", - idarədən bildirilib.Baş verən atışma nəticəsində yaralananların əksəriyyətinin vəziyyəti ağır və ya orta ağırdır, əməliyyatlar həyata keçirilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Udmurtiyada matəm elan edilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446896164_0:0:2731:2048_1920x0_80_0_0_08c5203c2d9c024c060b7461ec809f7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikolay patruşev, məktəb, terror, krım
nikolay patruşev, məktəb, terror, krım
Patruşev təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırdı
11:31 05.10.2022 (Yenilənib: 11:39 05.10.2022) Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, bütün təhsil müəssisələrini bir daha yoxlamaq, onların mühafizəsindəki zəif cəhətləri müəyyənləşdirmək lazımdır.
BAKI, 5 oktyabr — Sputnik. "İjevskdə məktəbə edilən son hücum fonunda Krımda təhsil müəssisələri üçün təhlükəsizlik tədbirləri gücləndirilməlidir, xüsusən də açıq-aşkar əqli qüsurları olan insanlar nəzarət altına alınmalıdır". Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"İjevsk məktəbində bu yaxınlarda baş vermiş terror aktını nəzərə alaraq və oxşar faciənin 4 il əvvəl Kerç Politexnik Kollecində baş verdiyini xatırlayaraq, bütün təhsil müəssisələrini bir daha yoxlamaq, onların mühafizəsindəki zəif cəhətləri müəyyənləşdirmək lazımdır", - deyə Patruşev qeyd edib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, yerli antiterror komissiyaları hər bir belə obyekt üçün əlavə tədbirləri, o cümlədən onların fiziki təhlükəsizlik, videomüşahidə sistemləri, xəbərdarlıq və həyəcan düymələri ilə təmin olunmasını müzakirə etməlidir.
"Belə işlər digər mühüm sosial infrastruktur obyektlərində də aparılmalıdır", - deyə Patruşev vurğulayıb.
"Eyni zamanda, mülki silahların dövriyyəsinə nəzarət gücləndirilməli, eləcə də aşkar psixi pozuntuları olan və aqressiv davranışa meyilli bütün şəxslər nəzarətə götürülməlidir", - Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Xatırladaq ki, sentyabrın 26-da İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açaraq çox sayda insanı öldürüb, hadisə nəticəsində 23 nəfər, o cümlədən 20 məktəbli yaralanıb. Silahlı şəxs daha sonra intihar edib.
"Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdəki məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. Bu, 1988-ci il təvəllüdlü, İjevsk əsilli, bu məktəbin məzunu Artem Kazantsevdir. Hücum edənin şəxsiyyəti, onun baxışları və ətrafı öyrənilir. Onun neofaşist baxışlara sahib olub-olmaması və nasist ideologiyasına bağlılığı yoxlanılır", - idarədən bildirilib.
Baş verən atışma nəticəsində yaralananların əksəriyyətinin vəziyyəti ağır və ya orta ağırdır, əməliyyatlar həyata keçirilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Udmurtiyada matəm elan edilmişdi.