QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlkin mərhələdə Ağdam şəhərinə on min nəfər köçürüləcək

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda bərpa işləri
Ağdamda bərpa işləri - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ağdama ilkin mərhələdə 2025-ci ildə əhalinin köçürülməsinin başlanması gözlənilir
BAKI, 5 oktyabr — Sputnik. İlkin mərhələdə Ağdam şəhərinə təxminən 10 min nəfərin köçürülməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdamda bərpa-tikinti, quruculuq işləri ilə yanaşı, iş yerlərinin açılması ilə bağlı fəaliyyət də göstərilir. Bərpa proseslərində yaradılacaq yeni iş yerləri potensial iş yerləridir. Bundan başqa, həm kənd təsərrüfatında, həm də yüngül sənayedə, qida sənayesində müəyyən iş yerləri yaradılacaq.
Emin Hüseynov vurğulayıb ki, Ağdama ilkin mərhələdə 2025-ci ildə əhalinin köçürülməsinin başlanması gözlənilir. Ağdama Böyük Qayıdış çərçivəsində layihələrin icrasının 2024-cü ilin sonlarına yekunlaşdırılması nəzərdə tutulub.
Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyulub
Xatırladaq ki, oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma məhəllə barədə məlumat verib.
Bildirilib ki, Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin "İmarət" adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır.
Qeyd edilib ki, layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənib.
Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.
Onu da bildirək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Xəbər lenti
0