https://sputnik.az/20221005/bakinin-derdi-var-baki-xestedir-senaye-muessiseleri-kocurulse-ne-bas-verecek-447064196.html
Bakının dərdi var, Bakı xəstədir: Sənaye müəssisələri köçürülsə, nə baş verəcək?
Bakının dərdi var, Bakı xəstədir: Sənaye müəssisələri köçürülsə, nə baş verəcək?
Sputnik Azərbaycan
Ekspertin fikrincə, sənaye müəssisələri özəlləşdirilə bilər, lakin dövlətin özəlləşmə ilə bağlı qoyduğu tələblər heç bir biznesmenə maraqlı deyil. 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T10:00+0400
2022-10-05T10:00+0400
2022-10-05T10:00+0400
azərbaycan
paytaxt xəbərləri
bakı
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436779975_0:103:2000:1228_1920x0_80_0_0_acf3a42875adac3eb897578e207a92d8.jpg
BAKI, 5 oktyabr — Sputnik. Sənaye müəssisələri Bakıdan çıxarılmalıdır. Bu vacib nüans Bakının hazırlanmaqda olan Baş Planında da əskini tapmalıdır.Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib. O qeyd edib ki, SSRİ dövründə Bakı sənaye şəhəri olduğundan, burada çoxsaylı belə müəssisələr mövcuddur. İndi isə şəhərsalma prinsipinə uyğun olaraq, həmin müəssisələr paytaxtdan çıxarılmalıdır:"Bakı şəhərində də müəssisələrin sayı, sıxlıq həddindən artıq çoxdur. Bu sənaye müəssisələri Bakıdan çıxarılarsa, həmin ərazilər yaşıllığa çevrilər və Bakı yaşamaq üçün daha sağlam bir məkan olar".Ekspertin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Açıq Səhmdar cəmiyyətlərinə çevrilən müəssisələrin hazırda sənaye obyekti kimi fəaliyyətinə heç bir tələbat qalmayıb, onlar arasında rəqabətlilik də yoxdur:"Hazırda fəaliyyət göstərən ASC-lər tam olaraq özəlləşmiş hesab olunmur. Onları yarımözəl adlandıra bilərik. İndiki vəziyyətə baxaq: ASC sahibləri fəaliyyət göstərdikləri sahələri satmaq istəyirlər. Bu müəssisələrin külli miqdarda torpaq sahələri var. Bunun üçün mütləq şəkildə torpaq özəlləşdirilməlidir. Torpağın özəlləşməsi isə həmin müəssisənin indiki bazar dəyərindən daha baha başa gəlir. Dövlətin isə özəlləşmə ilə bağlı qoyduğu tələblər heç bir biznesmenə maraqlı deyil. ASC-lərin ərazilərinin bu cür qalması isə iqtisadiyyata zərər vurur".Ekspert qeyd edib ki, ASC-lərin çox hissəsi iqtisadiyyatın böyük payını təşkil etsələr də, onların fəaliyyətində hansısa irəliləyiş yoxdur. Hazırda onların 90 faizi fəaliyyətsizdir və təyinatı üzrə işləmir. Sadəcə olaraq, bu müəssisələrin əraziləri kiçik sexlər şəklində kirayəyə verilib. Yəni, bu fəaliyyət sahələri 30 il əvvəl necə idilərsə, o cür də qalıblar. Səhmdarların da əllərində vəsait yoxdur ki, bu sahələri işə sala bilsinlər. Hazırda belə müəssisələrin çox az hissəsi - 3-5 faizi istiqaməti üzrə fəaliyyətini davam etdirir.Bəs bu müəssisələr hara köçürülə bilər?E.Azadov deyir ki, ölkədə həmin müəssisələrin Bakıdan köçürülməsi üçün müvafiq ərazi qalmayıb. Şəhərdən kənar ərazilərin hamısı kənd təsərrüfatı təyinatlıdır. Buna görə də şəhərətrafı bəzi ərazilərin təyinatı dəyişdirilməlidir.Ekspertin sözlərinə görə, şəhər böyüdükcə, belə müəssisələrin paytaxtda qalması düzgün deyil: "Təəssüf ki, hökumətin bununla bağlı konkret addımı yoxdur. Özəlləşmə ilə bağlı indiki vəziyyəti nəzərə alsaq, heç bir iş adamına bu müəssisələri almaq maraqlı deyil".Bu müəssisələr paytaxtdan çıxarılarsa, dövlət onlara kompensasiya ödəməli olacaqE.Azadovun sözlərinə görə, həmin müəssisələrin paytaxtdan çıxarılmasına görə dövlət onlara kompensasiya ödəməlidir. Bu isə yüz milyardlarla manat civarında vəsait deməkdir. Belə olan halda təbii ki, dövlət bu vəsaitlərin ödənilməsində maraqlı olmayacaq. Beləcə, bu müəssisələr növbəti 30 ildə də "yatmış" vəziyyətdə qalacaq.İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq müxtəlif səbəblərdən Bakıda bir sıra sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb. Lakin hələ də burada neftayırma müəssisələri var. Öncələr də bu müəssisələrin köçürülməsi, sənaye bölgələrinin yaradılması ilə bağlı planlar olub. Sumqayıtda, Ələtdə böyük sənaye müəssisələrinin yaradılması planı olub. Bu istiqamətdə işlər görülür."Bakının yükünün azalması ilə bölgələrdə iqtisadi canlanma yarana bilər", - deyə o, əlavə edib.İqtisadçı bildirib ki, Bakının yükünün azaldılması ilə bağlı kompleks plana ehtiyac var.Qocaman memar Fəxrəddin Miralayev Sputnik Azərbaycan-a deyib ki, bütün müəssisələr Bakıda yerləşdiyindən, rayonlardan hər kəs iş üçün paytaxta axışıb gəlir: "Belə olan halda təbii ki, müəssisələrin Bakıdan çıxarılması gözəl addım kimi dəyərlədirilə bilər. Bu işi qısa müddətdə də icra etmək mümkündür. Nəticədə paytaxtda əhali sayı da azalar".Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Baş Planın əsas inkişaf hədəflərindən biri olan "Şəhər və ətraf mühitin regenerasiyası" çərçivəsində ətraf mühitin çirklənməsinə səbəb olan sənaye müəssisələrinin şəhərin mərkəzindən periferiyalara köçürülməsi, həmçinin çirklənmiş ərazilərin bərpası və sanitar mühafizə zonalarının yaradılması ilə sağlam həyat şəraitinin təmin edilməsi təklif edilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436779975_114:0:1887:1330_1920x0_80_0_0_46c8e5cd17dab5f8b8f8ab4af7602e4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, bakı, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
azərbaycan, bakı, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
Bakının dərdi var, Bakı xəstədir: Sənaye müəssisələri köçürülsə, nə baş verəcək?
Ekspertin fikrincə, sənaye müəssisələri özəlləşdirilə bilər, lakin dövlətin özəlləşmə ilə bağlı qoyduğu tələblər heç bir biznesmenə maraqlı deyil.
BAKI, 5 oktyabr — Sputnik. Sənaye müəssisələri Bakıdan çıxarılmalıdır. Bu vacib nüans Bakının hazırlanmaqda olan Baş Planında da əskini tapmalıdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib. O qeyd edib ki, SSRİ dövründə Bakı sənaye şəhəri olduğundan, burada çoxsaylı belə müəssisələr mövcuddur. İndi isə şəhərsalma prinsipinə uyğun olaraq, həmin müəssisələr paytaxtdan çıxarılmalıdır:
"Bakı şəhərində də müəssisələrin sayı, sıxlıq həddindən artıq çoxdur. Bu sənaye müəssisələri Bakıdan çıxarılarsa, həmin ərazilər yaşıllığa çevrilər və Bakı yaşamaq üçün daha sağlam bir məkan olar".
Ekspertin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Açıq Səhmdar cəmiyyətlərinə çevrilən müəssisələrin hazırda sənaye obyekti kimi fəaliyyətinə heç bir tələbat qalmayıb, onlar arasında rəqabətlilik də yoxdur:
"Hazırda fəaliyyət göstərən ASC-lər tam olaraq özəlləşmiş hesab olunmur. Onları yarımözəl adlandıra bilərik. İndiki vəziyyətə baxaq: ASC sahibləri fəaliyyət göstərdikləri sahələri satmaq istəyirlər. Bu müəssisələrin külli miqdarda torpaq sahələri var. Bunun üçün mütləq şəkildə torpaq özəlləşdirilməlidir. Torpağın özəlləşməsi isə həmin müəssisənin indiki bazar dəyərindən daha baha başa gəlir. Dövlətin isə özəlləşmə ilə bağlı qoyduğu tələblər heç bir biznesmenə maraqlı deyil. ASC-lərin ərazilərinin bu cür qalması isə iqtisadiyyata zərər vurur".
Ekspert qeyd edib ki, ASC-lərin çox hissəsi iqtisadiyyatın böyük payını təşkil etsələr də, onların fəaliyyətində hansısa irəliləyiş yoxdur. Hazırda onların 90 faizi fəaliyyətsizdir və təyinatı üzrə işləmir. Sadəcə olaraq, bu müəssisələrin əraziləri kiçik sexlər şəklində kirayəyə verilib. Yəni, bu fəaliyyət sahələri 30 il əvvəl necə idilərsə, o cür də qalıblar. Səhmdarların da əllərində vəsait yoxdur ki, bu sahələri işə sala bilsinlər. Hazırda belə müəssisələrin çox az hissəsi - 3-5 faizi istiqaməti üzrə fəaliyyətini davam etdirir.
Bəs bu müəssisələr hara köçürülə bilər?
E.Azadov deyir ki, ölkədə həmin müəssisələrin Bakıdan köçürülməsi üçün müvafiq ərazi qalmayıb. Şəhərdən kənar ərazilərin hamısı kənd təsərrüfatı təyinatlıdır. Buna görə də şəhərətrafı bəzi ərazilərin təyinatı dəyişdirilməlidir.
Ekspertin sözlərinə görə, şəhər böyüdükcə, belə müəssisələrin paytaxtda qalması düzgün deyil: "Təəssüf ki, hökumətin bununla bağlı konkret addımı yoxdur. Özəlləşmə ilə bağlı indiki vəziyyəti nəzərə alsaq, heç bir iş adamına bu müəssisələri almaq maraqlı deyil".
Bu müəssisələr paytaxtdan çıxarılarsa, dövlət onlara kompensasiya ödəməli olacaq
E.Azadovun sözlərinə görə, həmin müəssisələrin paytaxtdan çıxarılmasına görə dövlət onlara kompensasiya ödəməlidir. Bu isə yüz milyardlarla manat civarında vəsait deməkdir. Belə olan halda təbii ki, dövlət bu vəsaitlərin ödənilməsində maraqlı olmayacaq. Beləcə, bu müəssisələr növbəti 30 ildə də "yatmış" vəziyyətdə qalacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq müxtəlif səbəblərdən Bakıda bir sıra sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb. Lakin hələ də burada neftayırma müəssisələri var. Öncələr də bu müəssisələrin köçürülməsi, sənaye bölgələrinin yaradılması ilə bağlı planlar olub. Sumqayıtda, Ələtdə böyük sənaye müəssisələrinin yaradılması planı olub. Bu istiqamətdə işlər görülür.
"Bakının yükünün azalması ilə bölgələrdə iqtisadi canlanma yarana bilər", - deyə o, əlavə edib.
İqtisadçı bildirib ki, Bakının yükünün azaldılması ilə bağlı kompleks plana ehtiyac var.
Qocaman memar Fəxrəddin Miralayev Sputnik Azərbaycan-a deyib ki, bütün müəssisələr Bakıda yerləşdiyindən, rayonlardan hər kəs iş üçün paytaxta axışıb gəlir: "Belə olan halda təbii ki, müəssisələrin Bakıdan çıxarılması gözəl addım kimi dəyərlədirilə bilər. Bu işi qısa müddətdə də icra etmək mümkündür. Nəticədə paytaxtda əhali sayı da azalar".
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Baş Planın əsas inkişaf hədəflərindən biri olan "Şəhər və ətraf mühitin regenerasiyası" çərçivəsində ətraf mühitin çirklənməsinə səbəb olan sənaye müəssisələrinin şəhərin mərkəzindən periferiyalara köçürülməsi, həmçinin çirklənmiş ərazilərin bərpası və sanitar mühafizə zonalarının yaradılması ilə sağlam həyat şəraitinin təmin edilməsi təklif edilir.