https://sputnik.az/20221005/bakida-xii-beynelxalq-taxil-ticareti-konfransi-kecirilir-447071326.html
Bakıda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirilir
Bakıda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirilir
Sputnik Azərbaycan
Taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən... 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T11:56+0400
2022-10-05T11:56+0400
2022-10-05T12:10+0400
taxıl
rusiya
konfrans
bakı
azərbaycan
rusiya
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447072195_0:0:1280:720_1920x0_80_0_0_68f5a6f1224742c3901e6e6483d43af8.jpg
BAKI, 5 oktyabr — Sputnik. Rusiya Taxıl İttifaqı Bakıda "Qlobal Taxıl Görünüşü" mövzusunda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirir. Konfransda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da iştirak edir.Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında "taxıl qapısı" kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.Əhəmiyyətli və aktual məsələlər arasında taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün "İpək Yolun"dan istifadə edilməsi, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması və digər istiqamətlər yer alır.Xatırladaq ki, 2019-cu ildə Rusiya Taxıl İttifaqı yaranmasının 25 illiyini qeyd edib. Mövcud olduğu müddətdə İttifaq taxıl bazarı iştirakçılarının peşəkar və nüfuzlu birliyinə çevrilib. Dövlət aqrar-ərzaq siyasətinin formalaşmasına, həyata keçirilməsinə və Rusiya iqtisadiyyatının inkişafına töhfə verir.Onu da əlavə edək ki, cari ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabağça sarayında baş tutub.Oktyabrın 3-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə taxıl sazişinin həyata keçirilməsini müzakirə edib.“Kənd təsərrüfatı məhsullarının və gübrələrin yerli ixracının təşviqinə dair Rusiya-BMT Memorandumunun vurğulanması ilə yanaşı, iyulun 22-də İstanbulda bağlanmış sazişlərin icrası ilə bağlı fikir mübadiləsi davam etdirilib. Rusiya tərəfi Rusiya ixracında konkret irəliləyişin əldə edilməsinin vacibliyini qeyd edib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447072195_184:0:1144:720_1920x0_80_0_0_c797aeb559eb887aea9dd6b04143f488.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
taxıl, konfrans, bakı, azərbaycan, rusiya, rusiya xin
taxıl, konfrans, bakı, azərbaycan, rusiya, rusiya xin
Bakıda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirilir
11:56 05.10.2022 (Yenilənib: 12:10 05.10.2022) Taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin təşviqi yolları və s. müzakirə ediləcək
BAKI, 5 oktyabr — Sputnik. Rusiya Taxıl İttifaqı Bakıda "Qlobal Taxıl Görünüşü" mövzusunda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirir. Konfransda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da iştirak edir.
Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında "taxıl qapısı" kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.
Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.
İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
Əhəmiyyətli və aktual məsələlər arasında taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün "İpək Yolun"dan istifadə edilməsi, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması və digər istiqamətlər yer alır.
Xatırladaq ki, 2019-cu ildə Rusiya Taxıl İttifaqı yaranmasının 25 illiyini qeyd edib. Mövcud olduğu müddətdə İttifaq taxıl bazarı iştirakçılarının peşəkar və nüfuzlu birliyinə çevrilib. Dövlət aqrar-ərzaq siyasətinin formalaşmasına, həyata keçirilməsinə və Rusiya iqtisadiyyatının inkişafına töhfə verir.
Onu da əlavə edək ki, cari ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabağça sarayında baş tutub.
Oktyabrın 3-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə taxıl sazişinin həyata keçirilməsini müzakirə edib.
“Kənd təsərrüfatı məhsullarının və gübrələrin yerli ixracının təşviqinə dair Rusiya-BMT Memorandumunun vurğulanması ilə yanaşı, iyulun 22-də İstanbulda bağlanmış sazişlərin icrası ilə bağlı fikir mübadiləsi davam etdirilib. Rusiya tərəfi Rusiya ixracında konkret irəliləyişin əldə edilməsinin vacibliyini qeyd edib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.