https://sputnik.az/20221005/azerbaycan-bas-naziri-xezer-qtisadi-forumunda-istirak-edecek-447070148.html
Azərbaycan Baş naziri Xəzər İqtisadi Forumunda iştirak edəcək
Azərbaycan Baş naziri Xəzər İqtisadi Forumunda iştirak edəcək
Sputnik Azərbaycan
Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin... 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T10:43+0400
2022-10-05T10:43+0400
2022-10-05T11:07+0400
rusiya
forum
xəzər
rusiya
moskva
əli əsədov
mixail mişustin
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442111014_0:0:3407:1916_1920x0_80_0_0_5ff946f3c0f7b39bcb58bb9349efdf15.jpg
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiyada keçiriləcək II Xəzər İqtisadi Forumunda (XİF) iştirak edəcək.Tədbirdə Rusiya nümayəndə heyətinə Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.Forum Moskvadakı "Skolkovo" innovasiya mərkəzində keçiriləcək. Nümayəndə heyətlərinə Mixail Mişustindən başqa Qazaxıstanın Baş naziri Əlixan Smailov, İranın birinci vitse-prezidenti Məhəmməd Mohber və Türkmənistanın Baş nazirinin müavini Xocamurat Geldımuradov rəhbərlik edəcəklər.Oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçiriləcək. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib. O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442111014_191:0:2922:2048_1920x0_80_0_0_9a07dfc9b7c688713e80635953bb61a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
forum, xəzər, rusiya, moskva, əli əsədov, mixail mişustin
forum, xəzər, rusiya, moskva, əli əsədov, mixail mişustin
Azərbaycan Baş naziri Xəzər İqtisadi Forumunda iştirak edəcək
10:43 05.10.2022 (Yenilənib: 11:07 05.10.2022) Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiyada keçiriləcək II Xəzər İqtisadi Forumunda (XİF) iştirak edəcək.
Tədbirdə Rusiya nümayəndə heyətinə Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.
Forum Moskvadakı "Skolkovo" innovasiya mərkəzində keçiriləcək. Nümayəndə heyətlərinə Mixail Mişustindən başqa Qazaxıstanın Baş naziri Əlixan Smailov, İranın birinci vitse-prezidenti Məhəmməd Mohber və Türkmənistanın Baş nazirinin müavini Xocamurat Geldımuradov rəhbərlik edəcəklər.
"Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq. Eyni zamanda, əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafı sahəsində birgə layihələrə yönəldilməsi planlaşdırılır," - deyə Rusiya Nazirlər Kabineti məlumatında bildirilir.
Oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçiriləcək. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib. O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.