https://sputnik.az/20221005/agdamdan-agcabediye-demir-yolu-xetti-cekilecek-447094279.html
Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək
Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək
Sputnik Azərbaycan
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini danışıb. 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T20:36+0400
2022-10-05T20:36+0400
2022-10-05T21:00+0400
prezident ilham əliyev
qarabağ
ağdam
ağcabədi
dəmiryolu
https://cdnn1.img.sputnik.az/img/42162/18/421621873_0:214:3071:1941_1920x0_80_0_0_b648d11d1319d7540a3bd91f063f1ceb.jpg
BAKI, 5 oktyabr — Sputnik. Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası planlaşdırılır.Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.O bildirib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla birgə hazırlanıb.Xatırladaq ki, bu ilin avqust ayında Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.Ötən il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Ağdam şəhərinin baş planı dövlət başçısına təqdim olunub. Həmin gün Prezident Ağdam şəhərinin bərpasının təməl daşını qoyub.Onu da bildirək ki, bu gün BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42162/18/421621873_0:0:2731:2048_1920x0_80_0_0_6565358b7d3e7a3e59b830811d97ad72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, ağdam, ağcabədi, dəmiryolu
prezident ilham əliyev, ağdam, ağcabədi, dəmiryolu
Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək
20:36 05.10.2022 (Yenilənib: 21:00 05.10.2022) Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini danışıb.
BAKI, 5 oktyabr — Sputnik. Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası planlaşdırılır.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla birgə hazırlanıb.
Xatırladaq ki, bu ilin avqust ayında Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Ötən il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Ağdam şəhərinin baş planı dövlət başçısına təqdim olunub. Həmin gün Prezident Ağdam şəhərinin bərpasının təməl daşını qoyub.
Onu da bildirək ki, bu gün BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.