Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən İnsan Hüquqları üzrə Ali Komissarlığın hesabatına sərt reaksiya

© Sputnik / Виталий БелоусовRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Rusiya XİN hesab edir ki, Kiyevin silahlı münaqişə kontekstində hərəkətləri bir çox hallarda faktiki hərbi cinayətlərdir.
BAKI, 4 oktyabr — Sputnik. Moskva Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (İHAK) Ukrayna ilə bağlı hesabatını birtərəfli və ədalətsiz hesab edir. BUnu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Təqdim olunan sənədin birtərəfli və ədalətsiz olması Ukrayna böhranını işıqlandırmaqda Qərbin yanaşmalarına tamamilə uyğundur. Aydındır ki, Kiyev rejiminin məsuliyyət daşıdığı bütün hərbi cinayətləri, insanlıq əleyhinə cinayətləri və insan hüquqlarının pozulmasını doğru və obyektiv şəkildə əks etdirmək üçün İHAK-ın prinsipial yanaşmaya cəsarəti çatmır", - deyə Rusiya XİN-in saytında qeyd olunub.
Zaxarova qeyd edib ki, İHAK "könülsüz və sözgəlişi" Ukrayna hərbçilərinin ağır silahlardan fərq qoymadan istifadə etməsini, hərbi texnikanın mülki obyektlərin yaxınlığında yerləşdirilməsini, hərbi əsirlərlə pis rəftar edilməsini, Kiyev tərəfindən "satqınların" təqib edilməsini, ədalət mühakiməsinin həyata keçirilməsi sahəsindəki problemlər, o cümlədən müxalif qüvvələrin fəaliyyətini qadağan etməyə yönəlmiş qanunvericilik yeniliklərini qəbul edir.
Nazirlik hesab edir ki, Kiyevin silahlı münaqişə kontekstində hərəkətləri bir çox hallarda faktiki hərbi cinayətlərdir, siyasi müxalifət nümayəndələrinə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə, milli azlıqlarına qarşı repressiyalar əsas insan hüquqlarına ziddir və müəlliflər beynəlxalq müqavilələrdən bəhs etməməyi üstün tuturlar.
"AİHM və onun rəhbərliyi yaşayış məntəqələrinə, məktəblərə və xəstəxanalara, mülki infrastruktura endirilən artilleriya zərbələrini pisləməyib. Ukrayna hərbçilərinin Qərbin verdiyi silahlardan həyata keçirdiyi hər belə zərbə nəticəsində mülki şəxslər, o cümlədən uşaqlar ölməkdə davam edir", - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Ofisin Kiyev tərəfindən insan haqları pozuntuları gözardı etməsi İHAK və onun rəhbərliyini daha da gözdən salır və Ukraynadakı böhranın insan haqları aspektlərinə yanaşmaya köklü şəkildə yenidən baxılmalıdır.
"Rusiyanın bu strukturla gələcək əməkdaşlığının parametrləri, əsasən, İHAK-ın bu məsələdə obyektiv və qərəzsiz mövqe tutmaq bacarığından asılı olacaq", - o deyib.
"Moskva İHAK-dan Kiyev rejimi tərəfindən insan haqlarının kütləvi şəkildə pozulmasına və hərbi cinayətlərə, eləcə də onun Qərb himayədarlarının hərəkətlərinə vaxtında, sərt reaksiya tələb edir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0