https://sputnik.az/20221003/simal-axininin-zedelenmis-xetlerinde-tezyiq-sabitlesib-447008630.html
"Şimal axını"nın zədələnmiş xətlərində təzyiq sabitləşib
"Şimal axını"nın zədələnmiş xətlərində təzyiq sabitləşib
Sputnik Azərbaycan
"Qazprom" şirkəti bildirib ki, "Şimal axını"nın zədələnmiş xətlərində qaz sızması dayandırılıb. 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T18:01+0400
2022-10-03T18:01+0400
2022-10-03T18:10+0400
"şimal axını-2"
rusiya
qaz sızması
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879351_0:220:3251:2048_1920x0_80_0_0_5fca2a26207f7dac6c02da350d7a83e9.jpg
BAKI, 3 oktyabr — Sputnik. Rusiyanın "Qazprom" şirkəti "Şimal axını-1" və "Şimal axını-2"nin zədələnmiş xətlərində təzyiqin sabitləşdiyini və qaz sızmasının dayandırıldığını elan edib. Bu barədə şirkət öz "Telegram" kanalında məlumat verib."Şimal axını-2" qaz boru kəmərinin A xəttində və "Şimal axını-1" qaz boru kəmərinin hər iki xəttində fasilələrdən sonra təzyiq sabitləşib, qaz sızması dayanıb", - deyə məlumatda bildirilir.Holdinq onu da qeyd edir ki, "Şimal axını-2" qaz boru kəmərinin B xəttində təzyiqin azaldılması istiqamətində işlər aparılır. Bunun üçün borudakı təbii qaz çıxarılır. "Şimal axını-2"nin B xətti vasitəsilə tədarükün başlanması ilə bağlı qərar qəbul olunarsa, təbii qaz boru kəmərinə vurulacaq.Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qaz sızmasının baş verdiyi "Şimal axını-1" və "Şimal axını-2" qaz boru kəmərlərinin hansı müddətdə bərpa edilə biləcəyi barədə hələlik heç bir məlumat yoxdur.Sentyabrın 27-də "Nord Stream" operator şirkəti bildirib ki, "Şimal axını" qaz boru kəmərlərinin üç xəttinə ziyan dəyib. O zaman Danimarka və Almaniyada kiminsə məqsədyönlü şəkildə "axınların" xətlərinə hücum etməsi istisna edilməyib.Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qeyd edib ki, dolayı məlumatlar Qərb ölkələrinin "Şimal axını"nda baş verən partlayışlarda iştiraklarını göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879351_246:0:2977:2048_1920x0_80_0_0_9e7e6da6064aff3c35a1edfa9f90572b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"şimal axını-2", qaz sızması
"şimal axını-2", qaz sızması
"Şimal axını"nın zədələnmiş xətlərində təzyiq sabitləşib
18:01 03.10.2022 (Yenilənib: 18:10 03.10.2022) "Qazprom" şirkəti bildirib ki, "Şimal axını"nın zədələnmiş xətlərində qaz sızması dayandırılıb.
BAKI, 3 oktyabr — Sputnik. Rusiyanın "Qazprom" şirkəti "Şimal axını-1" və "Şimal axını-2"nin zədələnmiş xətlərində təzyiqin sabitləşdiyini və qaz sızmasının dayandırıldığını elan edib. Bu barədə şirkət öz "Telegram" kanalında məlumat verib.
"Şimal axını-2" qaz boru kəmərinin A xəttində və "Şimal axını-1" qaz boru kəmərinin hər iki xəttində fasilələrdən sonra təzyiq sabitləşib, qaz sızması dayanıb", - deyə məlumatda bildirilir.
Holdinq onu da qeyd edir ki, "Şimal axını-2" qaz boru kəmərinin B xəttində təzyiqin azaldılması istiqamətində işlər aparılır. Bunun üçün borudakı təbii qaz çıxarılır. "Şimal axını-2"nin B xətti vasitəsilə tədarükün başlanması ilə bağlı qərar qəbul olunarsa, təbii qaz boru kəmərinə vurulacaq.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qaz sızmasının baş verdiyi "Şimal axını-1" və "Şimal axını-2" qaz boru kəmərlərinin hansı müddətdə bərpa edilə biləcəyi barədə hələlik heç bir məlumat yoxdur.
Sentyabrın 27-də "Nord Stream" operator şirkəti bildirib ki, "Şimal axını" qaz boru kəmərlərinin üç xəttinə ziyan dəyib. O zaman Danimarka və Almaniyada kiminsə məqsədyönlü şəkildə "axınların" xətlərinə hücum etməsi istisna edilməyib.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qeyd edib ki, dolayı məlumatlar Qərb ölkələrinin "Şimal axını"nda baş verən partlayışlarda iştiraklarını göstərir.