Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və BMT nümayəndələri taxıl sazişini müzakirə ediblər

© AP Photo / Luca BrunoTaxıl sahəsi, arxiv şəkli
Taxıl sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Cari ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
BAKI, 3 oktyabr - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə taxıl sazişinin həyata keçirilməsini müzakirə edib. Bu barədə Rusiya KİV-ləri bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
“Kənd təsərrüfatı məhsullarının və gübrələrin yerli ixracının təşviqinə dair Rusiya-BMT Memorandumunun vurğulanması ilə yanaşı iyulun 22-də İstanbulda bağlanmış sazişlərin icrası ilə bağlı fikir mübadiləsi davam etdirilib. Rusiya tərəfi Rusiya ixracında konkret irəliləyişin əldə edilməsinin vacibliyini qey edib”, deyə nazirliyin məlumatında bildirilib.
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidQuru yük gəmisi dənizdə, arxiv şəkli
Сухогруз в Беринговом море - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Quru yük gəmisi dənizdə, arxiv şəkli
Xarici siyasət idarəsindən o da bildirilib ki, Qrinspan Rusiya tərəfini BMT-nin bu istiqamətdə göstərdiyi səylər barədə məlumatlandırıb.
“Qrinspan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən bank ödənişləri sisteminin bərpası, nəqliyyat və sığorta logistikasının yaradılması və Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətində BMT ekspertlərinin səyləri barədə ətraflı məlumat verib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, cari ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabağça sarayında baş tutub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq barədə düşünməyi təklif edib.
Prezident bildirib ki, ən çox ehtiyacı olan ölkələrə yardımı nəzərdə tutan BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yalnız iki gəmi yüklənib.
"Vurğulayıram: 87-dən yalnız ikisi. Onlar 2 milyon tondan 60 min ton ərzaq ixrac ediblər - bu, inkişaf etməkdə olan ölkələrə göndərilənlərin cəmi 3 faizidir. Avropa İttifaqı inkişaf etməkdə olan ölkələri növbəti dəfə aldadıb və aldatmaqda davam edir", - deyə Putin bildirib.
Xəbər lenti
0