https://sputnik.az/20221003/misustin-yeni-erazilerimizde-tehlukesizlik-ucun-zeruri-olan-her-seyi-etmek-vacibdir-447008776.html
Mişustin: Yeni ərazilərimizdə təhlükəsizlik üçün zəruri olan hər şeyi etmək vacibdir
Mişustin: Yeni ərazilərimizdə təhlükəsizlik üçün zəruri olan hər şeyi etmək vacibdir
Sputnik Azərbaycan
Ötən həftə Vladimir Putin dörd yeni ərazinin Rusiya Federasiyasının tərkibinə birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin... 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T17:11+0400
2022-10-03T17:11+0400
2022-10-03T17:11+0400
mixail mişustin
rusiya
rusiya
baş nazir
belarus
xerson
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813216_0:0:2957:1663_1920x0_80_0_0_72881bc478727eec4bcace43498c946a.jpg
BAKI, 3 oktyabr — Sputnik. "LXR", "DXR", Xerson və Zaporojye vilayətlərinin vətəndaşlarının təhlükəsizliyi və tezliklə normal həyata qayıtmaları üçün zəruri olan hər şeyi etmək vacibdir. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşündə bildirib."Onlar öz xalqları və Vətənləri ilə olmağı seçiblər. Onların təhlükəsizliyi, tezliklə normal həyata qayıtması üçün zəruri olan hər şeyi etmək vacibdir. İnfrastrukturun, iqtisadiyyatın, sosial vəziyyətin bərpası istiqamətində çox ciddi işlər görülməlidir. Bu, indi bizim ölkəmizin bir hissəsidir", - deyə Mişustin qeyd edib.Ötən həftə dörd yeni ərazi Rusiya Federasiyasının tərkibinə daxil olub. Rusiya Prezidenti Vladimir Putin "LXR", "DXR", Xerson və Zaporojye vilayətlərinin rəhbərləri ilə regionların Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında sazişlər imzalayıb.Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyanın tərkibinə daxil olması üzrə referendum keçirilib. Bülletenlərin 100%-nin işlənməsi nəticələrinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxil olmağın lehinə "DXR"də seçicilərin 99,23%-i, "LXR"də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i səs verib.Referendumların dərhal keçirilməsi təşəbbüsü ilə yerli əhali regional hakimiyyət orqanlarına müraciət edib. Respublika və vilayətlərin nümayəndələrinin bildirdiyinə görə, Rusiyanın tərkibinə daxil olmaq onların ərazilərini qoruyacaq və tarixi ədaləti bərpa edəcək. Onların fikrincə, bu qərar Ukrayna hakimiyyət orqanlarının və dinc sakinləri öldürmək üçün silah tədarük edən NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də bildirmişdi ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813216_0:0:2731:2048_1920x0_80_0_0_acd6ff8dfce9fecd9ae9092859172f97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mixail mişustin, rusiya, baş nazir, belarus, xerson, zaporojye
mixail mişustin, rusiya, baş nazir, belarus, xerson, zaporojye
Mişustin: Yeni ərazilərimizdə təhlükəsizlik üçün zəruri olan hər şeyi etmək vacibdir
Ötən həftə Vladimir Putin dörd yeni ərazinin Rusiya Federasiyasının tərkibinə birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında sazişləri imzalayıb.
BAKI, 3 oktyabr — Sputnik. "LXR", "DXR", Xerson və Zaporojye vilayətlərinin vətəndaşlarının təhlükəsizliyi və tezliklə normal həyata qayıtmaları üçün zəruri olan hər şeyi etmək vacibdir. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşündə bildirib.
"Onlar öz xalqları və Vətənləri ilə olmağı seçiblər. Onların təhlükəsizliyi, tezliklə normal həyata qayıtması üçün zəruri olan hər şeyi etmək vacibdir. İnfrastrukturun, iqtisadiyyatın, sosial vəziyyətin bərpası istiqamətində çox ciddi işlər görülməlidir. Bu, indi bizim ölkəmizin bir hissəsidir", - deyə Mişustin qeyd edib.
Ötən həftə dörd yeni ərazi Rusiya Federasiyasının tərkibinə daxil olub. Rusiya Prezidenti Vladimir Putin "LXR", "DXR", Xerson və Zaporojye vilayətlərinin rəhbərləri ilə regionların Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında sazişlər imzalayıb.
Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyanın tərkibinə daxil olması üzrə referendum keçirilib. Bülletenlərin 100%-nin işlənməsi nəticələrinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxil olmağın lehinə "DXR"də seçicilərin 99,23%-i, "LXR"də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i səs verib.
Referendumların dərhal keçirilməsi təşəbbüsü ilə yerli əhali regional hakimiyyət orqanlarına müraciət edib. Respublika və vilayətlərin nümayəndələrinin bildirdiyinə görə, Rusiyanın tərkibinə daxil olmaq onların ərazilərini qoruyacaq və tarixi ədaləti bərpa edəcək. Onların fikrincə, bu qərar Ukrayna hakimiyyət orqanlarının və dinc sakinləri öldürmək üçün silah tədarük edən NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də bildirmişdi ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.