Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metronun bu stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

© Sputnik / Murad OrujovBakı metrosu, arxiv şəkli
Bakı metrosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Sərnişinlər adi iş rejimi qaydasında (saat 00:00-a qədər) stansiyaların xidmətindən istifadə edə bilərlər.
BAKI, 3 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti aradan qaldırılıb. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Bənövşəyi xəttin "Xocəsən-Avtovağzal" sahəsində qatarların hərəkətinin təşkil edilməsinə dair işlərin başlanması ilə əlaqədar sentyabrın 6-dan xəttin "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr" stansiyaları 30 dəqiqə tez - saat 23:30-da bağlanırdı və qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin işlərin I mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət ləğv edilib. Sərnişinlər adi iş rejimi qaydasında (saat 00:00-a qədər) stansiyalarının xidmətindən istifadə edə bilərlər", - deyə o qeyd edib.
"Bakı Metropoliteni" QSC-nin tikintisi yekunlaşan, şərti adı "Xocəsən" olan stansiyasına rəis təyin edilib.
Bununla bağlı səhmdar cəmiyyətin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
Xatırladaq ki, metronun 3 xəttindən biri - "Bənövşəyi" xəttə aid olan və sayca 27-ci olan "Xocahəsən" stansiyası bu ilin sonunadək istismara veriləcək. Hazırda stansiyada tamamlama işləri aparılır.
Xəbər lenti
0