https://sputnik.az/20221003/blinken-abs-in-simal-axinini-partlatmaq-motivleri-barede-bu-bizim-xeyrimizedir-446983112.html
Blinken ABŞ-ın "Şimal axını"nı partlatmaq motivləri barədə: "Bu, bizim xeyrimizədir"
Blinken ABŞ-ın "Şimal axını"nı partlatmaq motivləri barədə: "Bu, bizim xeyrimizədir"
Sputnik Azərbaycan
Zaxarova: "Blinken açıq şəkildə, utanmadan ABŞ və onun NATO tərəfdaşlarının "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini məhv etmək motivləri barədə... 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T16:33+0400
2022-10-03T16:33+0400
2022-10-03T16:33+0400
entoni blinken
rusiya
rusiya prezidenti vladimir putin
mariya zaxarova
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438070713_0:160:3074:1889_1920x0_80_0_0_46873163451316983e9617610d1cf95b.jpg
BAKI, 3 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken açıq şəkildə etiraf edib ki, Danimarka və İsveç sularında ciddi zədələnməyə görə ciddi qaz sızması ilə üzləşən "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin bağlanmasından Vaşinqton fayda görəcək. Bunu bazar ertəsi, 3 oktyabr 2022-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib."Blinken açıq şəkildə, utanmadan ABŞ və onun NATO tərəfdaşlarının "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini məhv etmək motivləri barədə danışıb", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.Diplomat öz sözlərini təsdiq etmək üçün ABŞ dövlət katibinin 30 sentyabr 2022-ci il cümə günü brifinqdə baş tutan çıxışından bir neçə sitat gətirib.Blinken o zaman demişdi ki, "İndi biz Avropaya mayeləşdirilmiş təbii qazın (MTQ) aparıcı təchizatçısıyıq və Avropaya neft və qazda hər hansı itkini kompensasiya etməyə kömək edirik. Aİ üçün bu, Rusiyanın enerjisindən birdəfəlik asılılıqdan əla qurtuluş imkanıdır".Xatırladaq ki, sentyabrın 26-da axşam saatlarında "Şimal axını"nın idarəetmə mərkəzinin dispetçerləri qaz kəmərinin hər iki xəttində təzyiqin aşağı düşməsini qeydə alıblar.Daha əvvəl Bornholm adasının cənub-şərqində Danimarka EİZ-də (eksklüziv iqtisadi zona) "Şimal axını 2"də təzyiqin düşməsi ilə bağlı fövqəladə vəziyyət yarandığı bildirilib. Müvafiq məlumatı qaz kəmərinin operatoru olan "Şimal axını 2 AG" şirkəti yayıb.Almaniya mətbuatı "Şimal axını 2" qaz kəmərində və hər iki "Şimal axını" boru kəmərində qaz təzyiqinin düşməsinin təxribatla bağlı olduğunu bildirib.İsveçdə, eyni zamanda, "Şimal axınlarında" qaz sızması sahəsində sualtı partlayışlar baş verdiyi barədə xəbər verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438070713_172:0:2903:2048_1920x0_80_0_0_84e72b95bf759e6cfac803a3e3e05062.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
entoni blinken, rusiya prezidenti vladimir putin, mariya zaxarova, "şimal axını-2"
entoni blinken, rusiya prezidenti vladimir putin, mariya zaxarova, "şimal axını-2"
Blinken ABŞ-ın "Şimal axını"nı partlatmaq motivləri barədə: "Bu, bizim xeyrimizədir"
Zaxarova: "Blinken açıq şəkildə, utanmadan ABŞ və onun NATO tərəfdaşlarının "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini məhv etmək motivləri barədə danışıb".
BAKI, 3 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken açıq şəkildə etiraf edib ki, Danimarka və İsveç sularında ciddi zədələnməyə görə ciddi qaz sızması ilə üzləşən "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin bağlanmasından Vaşinqton fayda görəcək. Bunu bazar ertəsi, 3 oktyabr 2022-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Blinken açıq şəkildə, utanmadan ABŞ və onun NATO tərəfdaşlarının "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini məhv etmək motivləri barədə danışıb", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.
Diplomat öz sözlərini təsdiq etmək üçün ABŞ dövlət katibinin 30 sentyabr 2022-ci il cümə günü brifinqdə baş tutan çıxışından bir neçə sitat gətirib.
Blinken o zaman demişdi ki, "İndi biz Avropaya mayeləşdirilmiş təbii qazın (MTQ) aparıcı təchizatçısıyıq və Avropaya neft və qazda hər hansı itkini kompensasiya etməyə kömək edirik. Aİ üçün bu, Rusiyanın enerjisindən birdəfəlik asılılıqdan əla qurtuluş imkanıdır".
Xatırladaq ki, sentyabrın 26-da axşam saatlarında "Şimal axını"nın idarəetmə mərkəzinin dispetçerləri qaz kəmərinin hər iki xəttində təzyiqin aşağı düşməsini qeydə alıblar.
Daha əvvəl Bornholm adasının cənub-şərqində Danimarka EİZ-də (eksklüziv iqtisadi zona) "Şimal axını 2"də təzyiqin düşməsi ilə bağlı fövqəladə vəziyyət yarandığı bildirilib. Müvafiq məlumatı qaz kəmərinin operatoru olan "Şimal axını 2 AG" şirkəti yayıb.
Almaniya mətbuatı "Şimal axını 2" qaz kəmərində və hər iki "Şimal axını" boru kəmərində qaz təzyiqinin düşməsinin təxribatla bağlı olduğunu bildirib.
İsveçdə, eyni zamanda, "Şimal axınlarında" qaz sızması sahəsində sualtı partlayışlar baş verdiyi barədə xəbər verilib.