Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Konstitusiya Məhkəməsi yeni subyektlərin Rusiyaya qəbulu ilə bağlı müqavilələri tanıyıb

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 02.10.2022
Abunə olmaq
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin "Donetsk xalq Respublikası"nın, "Luqansk Xalq Respublikası"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi barədə sənədləri imzalayıb.
BAKI, 2 oktyabr - Sputnik. Rusiya Konstitusiya Məhkəməsi (MK) "Donetsk və Luqansk Xalq Respublikaları"nın, habelə Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında müqavilələri tanıyıb. Bu barədə "RİA Novosti" xəbər yayıb.
“Rusiya Federasiyası ilə Donetsk Xalq Respublikası arasında Donetsk Xalq Respublikasının Rusiya Federasiyasına qəbul edilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektin yaradılması haqqında qüvvəyə minməmiş beynəlxalq müqavilənin tanınması Rusiya Federasiyasının Konstitusiyasına uyğundur", - deyə qurumun qəbul etdiyi qərarda deyilir.
Oxşar qərarlar "LXR", eləcə də Zaporojye və Xerson vilayətləri ilə bağlı da verilib.
Rusiya Prezidenti Vladimir Putinin Xerson və Zaporojye vilayətlərinin, "Donetsk və Luqansk Xalq Respublikaları"nın Rusiya Federasiyasına qəbul edilməsi və Rusiya tərkibində yeni subyektlərin yaradılması haqqında müqavilələrin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi ilə bağlı tələbləri cümə günü Konstitusiya Məhkəməsinə daxil olub.
© pixabay / Daniel_B_photosHakimin yeri, arxiv şəkli
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2022
Hakimin yeri, arxiv şəkli
“RİA Novosti”nin bir qədər əvvəl məlumat vermişdi ki, Dövlət Dumasının Nəzarət Komitəsinin rəhbəri Oleq Morozov "Donetsk və Luqansk Xalq Respublikaları"nın, habelə Zaporojye və Xerson vilayətlərinin qəbulu haqqında beynəlxalq müqavilələrin imzalanmasından sonra bu sənədlərə baxılacaq.
Qeyd edək ki, bu gün Kreml Sarayının Georgiyevski zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçirilib. Ona rusiyalı senatorlar və deputatlar dəvət olunub.
Xatırladaq ki, "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək referendumlar keçirilib, vətəndaşlar subyektlərin Rusiyaya daxil olmasına səs veriblər.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin yeni ərazilərin - yəni "Donetsk xalq Respublikası"nın, "Luqansk Xalq Respublikası"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi barədə sənədləri imzalayıb. İmzalanma mərasimi Kremlin Georgiyevski zalında baş tutub.
Mərasimdən əvvəl çıxışında V.Putin həmin ərazilərin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcəyinə əminliyini ifadə edib.
“Bu gün biz Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye vilayəti və Xerson vilayətinin Rusiyaya qəbulu ilə bağlı müqavilələr imzalayırıq. Əminəm ki, Federal Məclis Rusiya Federasiyasının dörd yeni subyektinin dörd yeni regionunun Rusiyada qəbulu və formalaşması ilə bağlı konstitusiya qanunlarını dəstəkləyəcək, çünki bu, milyonlarla insanın iradəsidir”, - deyə o, referendumların nəticələrinə dair Kremldə çıxışı zamanı deyib.
Xəbər lenti
0