https://sputnik.az/20221001/soyqu-qismen-seferberlik-cercivesinde-qadinlar-orduya-cagirilmayacaq-446950789.html
Şoyqu: "Qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq"
Şoyqu: "Qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq"
Sputnik Azərbaycan
Rusiya MN başçısı qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın... 01.10.2022, Sputnik Azərbaycan
2022-10-01T17:47+0400
2022-10-01T17:47+0400
2022-10-01T17:47+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565972_0:0:2800:1575_1920x0_80_0_0_32d58d63cd795e2dec575cb333c3cb5f.jpg
BAKI, 1 oktyabr - Sputnik. Rusiyada davam edən qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq.APA-nın məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, dövlət akkreditasiyası olan kommersiya universitetlərinin tələbələrinin də qismən səfərbərliyə cəlb olunmayacağını söyləyib."İndi prezidentin fərmanına əlavələr hazırlanıb. Bilirsiniz ki, prezidentin sərəncamına əsasən, dövlət universitetlərinin tələbələri səfərbərlikdə iştirak etmirlər", - deyə Şoyqu vurğulayıb.Rusiya MN başçısı onu da qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın 1-nə keçirilib: "Ona görə də biz istəməzdik ki, müxtəlif növ çatışmazlıqlar olsun. Məhz bu səbəbdən payız çağırışı noyabrın 1-nə keçirilib".Rusiyalı nazir əmin edib ki, hərbi xidmətə çağırışın başlama vaxtının dəyişdirilməsi ehtiyatda olan hərbçilərin tərxis olunma müddətinə təsir etməyəcək: "Hərbi çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən uşaqlar evlərinə qayıtmağa başlayacaqlar".Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Qismən səfərbərlikSentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565972_305:0:2794:1867_1920x0_80_0_0_07fe722b52fd49f4e917c4315389f598.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu
Şoyqu: "Qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq"
Rusiya MN başçısı qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın 1-nə keçirilib
BAKI, 1 oktyabr - Sputnik. Rusiyada davam edən qismən səfərbərlik çərçivəsində qadınlar orduya çağırılmayacaq.
APA-nın məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O, dövlət akkreditasiyası olan kommersiya universitetlərinin tələbələrinin də qismən səfərbərliyə cəlb olunmayacağını söyləyib.
"İndi prezidentin fərmanına əlavələr hazırlanıb. Bilirsiniz ki, prezidentin sərəncamına əsasən, dövlət universitetlərinin tələbələri səfərbərlikdə iştirak etmirlər", - deyə Şoyqu vurğulayıb.
Rusiya MN başçısı onu da qeyd edib ki, payız çağırışının başlanması tarixi hərbi komissarlıqların iş yükünün hazırda kifayət qədər yüksək olması səbəbindən noyabrın 1-nə keçirilib: "Ona görə də biz istəməzdik ki, müxtəlif növ çatışmazlıqlar olsun. Məhz bu səbəbdən payız çağırışı noyabrın 1-nə keçirilib".
Rusiyalı nazir əmin edib ki, hərbi xidmətə çağırışın başlama vaxtının dəyişdirilməsi ehtiyatda olan hərbçilərin tərxis olunma müddətinə təsir etməyəcək: "Hərbi çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən uşaqlar evlərinə qayıtmağa başlayacaqlar".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".