https://sputnik.az/20221001/ekoloji-meseleler-uzre-sci-qrup-isgaldan-azad-olunmus-erazilerde-hansi-isler-gorub-446947104.html
Ekoloji məsələlər üzrə İşçi Qrup işğaldan azad olunmuş ərazilərdə hansı işlər görüb?
Ekoloji məsələlər üzrə İşçi Qrup işğaldan azad olunmuş ərazilərdə hansı işlər görüb?
Sputnik Azərbaycan
İşçi qrup üzvlərinə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər barədə məlumat verilib 01.10.2022, Sputnik Azərbaycan
2022-10-01T15:55+0400
2022-10-01T15:55+0400
2022-10-01T15:55+0400
qarabağ
işğaldan azad edilmiş ərazilər
işçi qrupu
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436538405_0:0:1000:563_1920x0_80_0_0_ae8b205fed2b80ff445253e27486adf2.jpg
BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib."Report"un xəbərinə görə, toplantıda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.İşçi qrup üzvlərinə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər, o cümlədən Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində meşə və yaşıllıq sahəsinə vurulmuş ziyanın hesablanmasından bəhs ediblər. Bundan əlavə, radioekoloji vəziyyətin öyrənilməsi, çaylarda su və dib çöküntüləri nümunələrinin götürülməsi daxil olmaqla sentyabr ayında aparılmış kompleks monitorinqlər barədə söhbət açılıb. Eyni zamanda, Laçın və Kəlbəcər rayonları ərazisindəki filiz və qeyri-filiz mineral xammal yataqlarında aparılan təftiş və qiymətləndirmə işləri, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə quraşdırılmış avtomat hidroloji stansiyalar, məsafədən zondlama üsulundan istifadə edilməklə meşə sahələrinin qiymətləndirilməsi işləri haqqında məlumat verilib.Qarabağ və Şərqi Zəngəzurda nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi məqsədilə keçirilmiş ekspedisiyalar, nadir fauna növlərinin populyasiyalarının qiymətləndirilməsi məqsədilə aparılmış monitorinqlər, eləcə də Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin ziyanverici və zərərvericilərinə qarşı aparılan mübarizə tədbirlərindən söz açılıb. Eləcə də Zəngilan rayonunun Ağalı kəndində əhalinin məşğulluğunun təmin olunması üçün aparılan işlər haqqında müzakirələr aparılıb.Həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi istiqamətində görülən işlər, eləcə də “Təmiz Şəhər” ASC tərəfindən Şuşa şəhərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması, Zəngilan və Ağdam poliqonlarında müvəqqəti tullantı hücrələrinin hazırlanması barədə qrup üzvlərinə məlumat verilib.Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436538405_150:0:901:563_1920x0_80_0_0_9d51f0ca303771eebc7e7b5913ec2124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işğaldan azad edilmiş ərazilər, işçi qrupu
işğaldan azad edilmiş ərazilər, işçi qrupu
Ekoloji məsələlər üzrə İşçi Qrup işğaldan azad olunmuş ərazilərdə hansı işlər görüb?
İşçi qrup üzvlərinə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər barədə məlumat verilib
BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, toplantıda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İşçi qrup üzvlərinə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər, o cümlədən Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində meşə və yaşıllıq sahəsinə vurulmuş ziyanın hesablanmasından bəhs ediblər. Bundan əlavə, radioekoloji vəziyyətin öyrənilməsi, çaylarda su və dib çöküntüləri nümunələrinin götürülməsi daxil olmaqla sentyabr ayında aparılmış kompleks monitorinqlər barədə söhbət açılıb. Eyni zamanda, Laçın və Kəlbəcər rayonları ərazisindəki filiz və qeyri-filiz mineral xammal yataqlarında aparılan təftiş və qiymətləndirmə işləri, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə quraşdırılmış avtomat hidroloji stansiyalar, məsafədən zondlama üsulundan istifadə edilməklə meşə sahələrinin qiymətləndirilməsi işləri haqqında məlumat verilib.
Qarabağ və Şərqi Zəngəzurda nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi məqsədilə keçirilmiş ekspedisiyalar, nadir fauna növlərinin populyasiyalarının qiymətləndirilməsi məqsədilə aparılmış monitorinqlər, eləcə də Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.
Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin ziyanverici və zərərvericilərinə qarşı aparılan mübarizə tədbirlərindən söz açılıb. Eləcə də Zəngilan rayonunun Ağalı kəndində əhalinin məşğulluğunun təmin olunması üçün aparılan işlər haqqında müzakirələr aparılıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi istiqamətində görülən işlər, eləcə də “Təmiz Şəhər” ASC tərəfindən Şuşa şəhərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması, Zəngilan və Ağdam poliqonlarında müvəqqəti tullantı hücrələrinin hazırlanması barədə qrup üzvlərinə məlumat verilib.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.