Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeni bölgələrin Rusiyanın tərkibində necə olması məsələsi gələcəkdə həll ediləcək - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putinin cümə günü rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanlarına əsasən, Rusiya Xerson və Zaporojye vilayətlərinin müstəqilliyini tanıyıb.
BAKI, 30 sentyabr - Sputnik. Rusiyanın yeni ərazilərinin inzibati təşkili məsələsi gələcəkdə həll olunacaq, indi imzalanmış sənədlərə əsasən, Rusiya Federasiyasının tərkibinə dörd subyekt daxil olacaq. Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“İnzibati qurum necə olacaq – bilmirəm... Bu, gələcəyin məsələsidir”, - deyə Peskov yeni ərazilərin ayrıca qurumlar kimi Rusiyanın tərkibinə daxil olub-olmayacağı sualına cavab verib.
Rusiya prezidenti Vladimir Putin cümə günü Kremldə keçirilən mərasimdə Xerson və Zaporojye vilayətlərinin, "Donetsk və Luqansk Xalq Respublikaları"nın Rusiya Federasiyasına qəbul edilməsi və Rusiyada yeni subyektlərin yaradılması haqqında müqavilələri imzalayıb.
Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.
Səsvermənin nəticələrinə görə, səs verənlərin "DXR"-də 100%-i, 99,23%-i, "LXR"-də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i Rusiya Federasiyasına qoşulmağasəs verib.
Əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.
Respublika və vilayət nümayəndələrinin fikrincə, Rusiyaya birləşmək onların ərazilərinin təhlükəsizliyini təmin edəcək və tarixi ədaləti bərpa edəcək.
Onların fikrincə, bu qərar dinc sakinləri öldürmək üçün silahla təchiz edən Ukrayna hakimiyyəti və NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.
Putin sentyabrın 21-də bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
Xəbər lenti
0