Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Şimal axını"nda baş verən qəzaya görə ABŞ-a təşəkkür edən Sikorski paylaşımını silib

© Sputnik / Dmitriy Lelchuk / Mediabanka keçid"Şimal axını - 2" tikintisi, arxiv şəkli
Şimal axını - 2 tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Polşanın keçmiş xarici işlər naziri özünü müdafiə etmək üçün bu açıqlamanı şəxsi qənaəti adlandırıb, həm də Polşa hökumətinin 20 ildir mübarizə apardığı qaz kəmərinin dörddə üçünün iflic olmasına sevindiyini bildirib.
BAKI, 30 sentyabr — Sputnik. Polşanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin deputatı Radoslav Sikorski "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinə dəyən ziyana görə ABŞ-a təşəkkür etdiyi paylaşımını "Twitter" səhifəsindən silmək qərarına gəlib. Bu barədə Rusiya mediası xəbər verib.
Sentyabrın 27-də siyasətçi paylaşımını qəza yerindən foto ilə birgə paylaşaraq, "Şimal axını" qaz kəmərinə ziyan vurduğuna görə Vaşinqtona təşəkkür edib. O, fevralın 7-də ABŞ Prezidenti Co Baydenin Rusiya qoşunlarının Ukrayna sərhədini keçəcəyi təqdirdə ABŞ-ın "Şimal axını-2" layihəsinə son qoyacağını deyərkən söylədiyi sözləri xatırladaraq öz iddiasını təsdiqləyib.
Polşada Sikorskinin sözləri tənqidlə qarşılanıb, belə bir açıqlamanı son dərəcə məsuliyyətsiz adlandırıblar, həmçinin siyasətçinin maliyyə mənbələrinin yoxlanılmasını da tələb ediblər. Keçmiş xarici işlər naziri özünü müdafiə etmək üçün bu açıqlamanı şəxsi qənaəti adlandırıb, həm də Polşa hökumətinin 20 ildir mübarizə apardığı qaz kəmərinin dörddə üçünün iflic olmasına sevindiyini bildirib. Onun sözlərinə görə, bu, Varşava üçün yaxşı vəziyyətdir və Danimarkanın araşdırması nəticəsində baş verənlərə görə məsuliyyət daşıyanları tapacağına ümid etdiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sikorskinin açıqlamasını şərh edərkən, sözlərini terror aktı ilə bağlı açıqlama adlandırıb, həmçinin soruşub ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen Şimal axınındakı qəzanı "təxribat" adlandırmaqla kimi təhdid edir və bununla bağlı araşdırmalara çağırıb.
Xəbər lenti
0