https://sputnik.az/20220930/rusiya-abs-dan-biolaborotoriyalarla-bagli-aciqlama-gozleyir-446903185.html
Rusiya ABŞ-dan biolaborotoriyalarla bağlı açıqlama gözləyir
Rusiya ABŞ-dan biolaborotoriyalarla bağlı açıqlama gözləyir
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ bütün dünyada öz bioloji proqramlarının tam şəffaflığını və legitimliyini təmin etsin. 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T23:02+0400
2022-09-30T23:02+0400
2022-09-30T23:02+0400
rusiya
rusiya
sergey lavrov
abş
bioloji
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440028666_0:160:3072:1888_1920x0_80_0_0_26f123f65c1d1f312650179c3f08f4eb.jpg
BAKI, 30 sentyabr — Sputnik. ABŞ-ın dünyadakı biolaboratoriyaları ilə bağlı gizlədə nələrsə var, lakin Rusiya Vaşinqtondan onların nə dərəcədə qanuni olduğunu açıqlamasını gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.Cümə günü Moskvada MDB ölkələrinin kəşfiyyat orqanları rəhbərlərinin iclasında çıxış edən Lavrov xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya mütəxəssislərinə Ukraynadakı Pentaqonun laboratoriyalarının fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsinin riskləri barədə məlumat verib."Bu o deməkdir ki, gizlədiləcək nəsə var", - Lavrov bildirib."BMT Təhlükəsizlik Şurasında Bioloji və Zəhərli Silahların Aradan Qaldırılması Konvensiyası çərçivəsində biz ABŞ-dan tələb etdik ki, lazımi dəqiqləşdirmələr aparsın və ümumilikdə bütün dünyada öz bioloji proqramlarının tam şəffaflığını və legitimliyini təmin etsin. Biz müvafiq cavab gözləyirik", - nazir əlavə edib.Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya parlament komissiyası ilə Ukraynadakı ABŞ bioloji laboratoriyalarının işi üzrə qarşılıqlı əlaqədən qəti şəkildə imtina etdiyini açıqlamışdı.Mayın 13-də Rusiya artıq Ukraynada ABŞ-ın bioloji laboratoriyaları mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu laboratoriyalar şəbəkəsinin mövcudluğunu ilk dəfə mart ayında açıqlayıb. Dəqiqləşdirilib ki, əldə edilən məlumatlar Rusiya sərhədlərinə yaxın ərazidə yerləşən Ukrayna laboratoriyalarında bioloji silah komponentlərinin hazırlanmasını təsdiqləyir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440028666_171:0:2902:2048_1920x0_80_0_0_87e21ec072061076f3aedbcd99a14bdd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, sergey lavrov, abş, bioloji
rusiya, sergey lavrov, abş, bioloji
Rusiya ABŞ-dan biolaborotoriyalarla bağlı açıqlama gözləyir
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ bütün dünyada öz bioloji proqramlarının tam şəffaflığını və legitimliyini təmin etsin.
BAKI, 30 sentyabr — Sputnik. ABŞ-ın dünyadakı biolaboratoriyaları ilə bağlı gizlədə nələrsə var, lakin Rusiya Vaşinqtondan onların nə dərəcədə qanuni olduğunu açıqlamasını gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Cümə günü Moskvada MDB ölkələrinin kəşfiyyat orqanları rəhbərlərinin iclasında çıxış edən Lavrov xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya mütəxəssislərinə Ukraynadakı Pentaqonun laboratoriyalarının fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsinin riskləri barədə məlumat verib.
"Bu o deməkdir ki, gizlədiləcək nəsə var", - Lavrov bildirib.
"BMT Təhlükəsizlik Şurasında Bioloji və Zəhərli Silahların Aradan Qaldırılması Konvensiyası çərçivəsində biz ABŞ-dan tələb etdik ki, lazımi dəqiqləşdirmələr aparsın və ümumilikdə bütün dünyada öz bioloji proqramlarının tam şəffaflığını və legitimliyini təmin etsin. Biz müvafiq cavab gözləyirik", - nazir əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya parlament komissiyası ilə Ukraynadakı ABŞ bioloji laboratoriyalarının işi üzrə qarşılıqlı əlaqədən qəti şəkildə imtina etdiyini açıqlamışdı.
Mayın 13-də Rusiya artıq Ukraynada ABŞ-ın bioloji laboratoriyaları mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu laboratoriyalar şəbəkəsinin mövcudluğunu ilk dəfə mart ayında açıqlayıb. Dəqiqləşdirilib ki, əldə edilən məlumatlar Rusiya sərhədlərinə yaxın ərazidə yerləşən Ukrayna laboratoriyalarında bioloji silah komponentlərinin hazırlanmasını təsdiqləyir.