Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

© CHIP SOMODEVILLA / GETTY IMAGES NORTH AMERICA / AFPRusiyaya qarşı sanksiyalar, arxiv şəkli
Rusiyaya qarşı sanksiyalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putinin cümə günü rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanlarına əsasən, Rusiya Xerson və Zaporojye vilayətlərinin müstəqilliyini tanıyıb.
BAKI, 30 sentyabr - Sputnik. Cümə günü Rusiya prezidenti Vladimir Putin ilə "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin rəhbərləri Rusiyanın tərkibinə daxil olmaq və Rusiya Federasiyası tərkibində yeni subyektlərin formalaşdırılması haqqında saziş imzaladıqdan sonra Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər.
Belə ki, Böyük Britaniya sanksiya siyahısını genişləndirərək Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanı da daxil edib. Böyük Britaniya həmçinin Rusiya iqtisadiyyatı üçün vacib olan 700-ə yaxın malın Rusiyaya ixracına qadağa qoyur. Bu barədə Reuters Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Böyük Britaniya həmçinin Rusiyanın sənaye və texnoloji imkanlarında əsas rol oynayan 700-ə yaxın malın ixracına qadağa qoyur”, deyə agentliyin xəbərində deyilir.
Birləşmiş Ştatlar Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edib, ona onlarla fiziki və hüquqi şəxs daxildir. Bu barədə müvafiq sənəd cümə günü ABŞ Maliyyə Nazirliyi tərəfindən yayılıb.
© Sputnik / Григорий Сысоев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Vladimir Putin
Bu gündən etibarən “Radio-elektron mübarizə üzrə Elmi-Texniki Mərkəz” SC, “Modul” QSC, “Novostream” MMC, “Radiavionika”, “Svetloqorskximvolokno” ASC və digər müəssisələr və əlaqədar şəxslər ümumi sanksiya siyahısına əlavə edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya Federasiyasına qarşı ixraca nəzarət tədbirlərini pozduqlarına görə Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə üzvləri Kanadanın sanksiyalarına məruz qalıb.
Kanada hökumətinin saytında yayılan məlumatda bildirilir ki, onun həyat yoldaşı Tatyana Navka, övladları Elizabet və Nikolaya qarşı sanksiyalar tətbiq olunur.
Xatırladaq ki, bu gün Kreml Sarayının Georgievski zalında sentyabrın 23-dən 27-dək referendumların keçirildiyi "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişlərin imzalanması mərasimi keçirilib.
Xəbər lenti
0