Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qaz kəmərlərində partlayışlar niyə baş verir? Patruşev səbəbləri açıqladı

© Sputnik Виктор Толочко / Mediabanka keçidСекретарь Совета безопасности РФ Николай Патрушев, фото из архива
Секретарь Совета безопасности РФ Николай Патрушев, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, bu partlayışlardan iqtisadi baxımdan əsas benefisiar ilk növbədə ABŞ-dır.
BAKI, 30 sentyabr — Sputnik. "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərində baş verən partlayışların sifarişçilərinin və günahkarlarının müəyyən edilməsi üçün səylərin əlaqələndirilməsi zəruridir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
""Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində partlayışlar barədə məlumatlardan sonra sözün əsl mənasında ilk dəqiqələrdən Qərb məsuliyyət daşıyanların tapılması üçün fəal kampaniyaya başladı. Bununla belə, görünən odur ki, ABŞ ilk növbədə iqtisadi baxımdan əsas benefisiardır", - deyə Patruşev MDB ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin iclasında bildirib.
"Bu cinayətin sifarişçiləri və icraçılarının ifşası üçün koordinasiyalı səy göstərmək lazımdır. Bu, əməkdaşlığımızın yaxşı nümunəsi ola bilər", - deyə RF Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzalar baş verib.
Danimarka və İsveç hökumətlərinin məlumatlarına görə, Bornholm adasının yaxınlığında "Şimal axını"nda iki və "Şimal axını-2"-də isə bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etmir.
Rusiya tərəfi "Şimal axını"nda baş verən qəza ilə bağlı Danimarkadan rəsmi açıqlama istəyib. Danimarka hakimiyyəti qaz sızması ərazisində baş verən partlayışlar barədə Rusiya Federasiyasına məlumat verib.
"Şimal axını"nın operatoru "Nord Stream AG" qaz boru kəmərlərində fövqəladə vəziyyətin misli görünməmiş hadisə olduğunu və təmirin vaxtını dəqiq deməyin mümkün olmadığını bildirib.
Qərbin sanksiyaları nəticəsində "Siemens" turbinlərinin təmirində yaranan problemlərə görə "Şimal axını"nın işi avqustun sonundan dayandırılıb. Lakin boru kəməri qazla dolu qalıb. 2021-ci ildə tamamlanan, lakin heç istifadəyə verilməyən "Şimal axını-2" də artıq qazla doldurulub.
Xəbər lenti
0