Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin referendumlara dəstək üçün konsert-mitinqdə çıxış edib - VİDEO

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin Qızıl Meydanda keçirilən mitinq-konsertdə iştirak edib
Rusiya prezidenti Vladimir Putin Qızıl Meydanda keçirilən mitinq-konsertdə iştirak edib - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Konsert Rusiyanın "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinə birləşdirilməsi ilə bağlı referendumun nəticələrinə həsr olunub.
BAKI, 30 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Moskvadakı "Vasilyevski Spusk" adlanan ərazidə keçirilən "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlara dəstək konsert-mitinqində çıxış edib. Konsert Rusiyanın "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinə birləşdirilməsi ilə bağlı referendumun nəticələrinə həsr olunub.
Oxşar tədbirlər Rusiyanın bir çox şəhərlərində təşkil olunur, Moskvada Vasilyevski Spusk mərkəzi platformaya çevrilir.
“Biz bu ərazilərdə insanların təhlükəsizliyini təmin etmək, iqtisadiyyatı, infrastrukturu bərpa etmək, yeni məktəblər, xəstəxanalar və klinikalar tikmək üçün hər şeyi edəcəyik. Biz gücləndik, çünki biz bir yerdəyik, həqiqət arxamızdadır, həqiqətdə isə güc var, yəni qələbə bizim olacaq!”, - deyə Vladimir Putin bildirib.
Qeyd edək ki, bu gün Kreml Sarayının Georgiyevski zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçirilib. Ona rusiyalı senatorlar və deputatlar dəvət olunub.
Xatırladaq ki, "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək referendumlar keçirilib, vətəndaşlar subyektlərin Rusiyaya daxil olmasına səs veriblər.
Xəbər lenti
0