Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin BMT-nin baş katibi ilə danışmağı planlaşdırmır

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ Владимир Путин на заседании в расширенном составе глав стран - участниц Шанхайской организации сотрудничества (ШОС)
Президент РФ Владимир Путин на заседании в расширенном составе глав стран - участниц Шанхайской организации сотрудничества (ШОС) - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi öz mövqeyini müdafiə etməyə və bütün prosesin beynəlxalq münasibətlər çərçivəsində baş verdiyini birmənalı şəkildə göstərən arqumentləri irəli sürməyə davam edəcək.
BAKI, 30 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığını hələ planlaşdırmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Quterreş "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlarla bağlı bəyanatla çıxış edib. Quterreşin sözlərinə görə, onların birləşdirilməsi barədə istənilən qərar etibarsız olacaq və qınanmağa layiqdir. O bildirib ki, belə bir qərar "beynəlxalq hüquqi baza ilə uyğun gələ bilməz", "təhlükəli eskalasiyadır" və "qəbul edilməməlidir". Keçirilmiş referendumları xalqın iradəsinin həqiqi ifadəsi adlandırmaq olmaz.
Bu sözlərə cavab olaraq, Rusiya BMT-nin baş katibi Antoniu Quterreşin Baş Assambleyada "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilmiş referendumların mövzusunun müzakirəsindən əvvəl BMT ölkələrinin mövqeyinə təsir göstərməsində rol oynamaqda qərar verdiyinə dair şərh yayıb.
"Hələlik heç bir danışıqlar planı yoxdur. Lakin buna baxmayaraq, Rusiya tərəfi öz mövqeyini müdafiə etməyə, bütün prosesin beynəlxalq münasibətlər çərçivəsində baş verdiyini birmənalı şəkildə göstərən arqumentləri irəli sürməyə davam edəcək", - deyə Peskov jurnalistlərin Quterreşin bəyanatının Kremldə necə qəbul edilməsi və BMT-nin baş katibi ilə telefon danışığının planlaşdırıldığı barədə sualına cavab verib.
Peskov, bunun "çox yeni tarixi" olan bir proses olduğunu vurğulayıb.
Xəbər lenti
0