Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MDB ilə KTMT və ŞƏT arasında əlaqələrin inkişaf etdirilməsi zəruridir - Lavrov

© AFP 2024 / BYAMBASUREN BYAMBA-OCHIRLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bildirib ki, bu təşkilatlar bərabərhüquqlu, praktiki əməkdaşlığın uğurlu nümunələridir.
BAKI, 30 sentyabr — Sputnik. Rusiya MDB ölkələri arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini, KTMT və ŞƏT ilə əlaqələrin inkişaf etdirilməsini zəruri hesab edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə Konfransının 18-ci iclasında deyib.
"Bizim üçün ümumi olan çağırış və təhdidlərin mürəkkəb xarakterini nəzərə alaraq, MDB, eləcə də KTMT və ŞƏT platformalarında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi istiqamətində səyləri zəiflətməməyi, habelə koordinasiya olunmuş fəaliyyətlərin inkişaf etdirilməsini zəruri hesab edirik", - deyə Rusiya XİN rəhbəri bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu təşkilatlar bərabərhüquqlu, praktiki əməkdaşlığın uğurlu nümunələridir. "Əlbəttə, bütün bu təşkilatlar, bildiyiniz kimi, BMT Katibliyi ilə əlaqələr qurub və bu əlaqələri Böyük Avrasiyada inteqrasiya proseslərinin inkişafı üzrə ümumi işimiz kontekstində gücləndirmək vacibdir", - nazir əlavə edib.
"Ümumi birliklərimizin perspektivi bizdən, bütün istiqamətlərdə yaxşı əlaqələndirilmiş işimizdən asılıdır. Nəticə etibarı ilə, bu, istənilən kənar təzyiq cəhdlərini neytrallaşdırmaq və eyni zamanda regional təhlükəsizliyi gücləndirmək və xalqlarımızın rifahını təmin etmək bacarığı ilə bağlıdır" - deyə o vurğulayıb.
Lavrovun sözlərinə görə, hüquq-mühafizə orqanları, xarici siyasət və kəşfiyyat orqanları arasında əməkdaşlıq çərçivəsində əsas vəzifə həm də qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və əmək münasibətlərinin tənzimlənməsi mexanizminin uyğunlaşdırılmasıdır.
Xəbər lenti
0