https://sputnik.az/20220930/federal-meclis-yeni-erazilerin-rusiyaya-birlesdirilmesi-ile-bagli-qanunlari-destekleyecek--446915963.html
Federal Məclis yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcək
Federal Məclis yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcək
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putinin cümə günü rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanlarına əsasən, Rusiya Xerson və Zaporojye vilayətlərinin... 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T16:32+0400
2022-09-30T16:32+0400
2022-09-30T16:35+0400
rusiya
donbas
xerson
zaporojye
donetsk
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446915230_0:0:3009:1694_1920x0_80_0_0_2914b66fb0354bceb8c7dc29d7f6cced.jpg
BAKI, 30 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Federal Məclisin yeni ərazilərin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcəyinə əminliyini ifadə edib.“Bu gün biz Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojjya vilayəti və Xerson vilayətinin Rusiyaya qəbulu ilə bağlı müqavilələr imzalayırıq. Əminəm ki, Federal Məclis Rusiya Federasiyasının dörd yeni subyektinin dörd yeni regionunun Rusiyada qəbulu və formalaşması ilə bağlı konstitusiya qanunlarını dəstəkləyəcək, çünki bu, milyonlarla insanın iradəsidir”, deyə o, referendumların nəticələrinə dair Kremldə çıxışı zamanı deyib.Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.Səsvermənin nəticələrinə görə, səs verənlərin "DXR"-də 100%-i, 99,23%-i, "LXR"-də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i Rusiya Federasiyasına qoşulmağasəs verib.Əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.Respublika və vilayət nümayəndələrinin fikrincə, Rusiyaya birləşmək onların ərazilərinin təhlükəsizliyini təmin edəcək və tarixi ədaləti bərpa edəcək.Onların fikrincə, bu qərar dinc sakinləri öldürmək üçün silahla təchiz edən Ukrayna hakimiyyəti və NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.Putin sentyabrın 21-də bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446915230_278:0:3009:2048_1920x0_80_0_0_f5e468be8d7721e5084ff87716b86ec0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donbas, xerson, zaporojye, donetsk
donbas, xerson, zaporojye, donetsk
Federal Məclis yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcək
16:32 30.09.2022 (Yenilənib: 16:35 30.09.2022) Rusiya Prezidenti Vladimir Putinin cümə günü rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanlarına əsasən, Rusiya Xerson və Zaporojye vilayətlərinin müstəqilliyini tanıyıb.
BAKI, 30 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Federal Məclisin yeni ərazilərin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcəyinə əminliyini ifadə edib.
“Bu gün biz Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojjya vilayəti və Xerson vilayətinin Rusiyaya qəbulu ilə bağlı müqavilələr imzalayırıq. Əminəm ki, Federal Məclis Rusiya Federasiyasının dörd yeni subyektinin dörd yeni regionunun Rusiyada qəbulu və formalaşması ilə bağlı konstitusiya qanunlarını dəstəkləyəcək, çünki bu, milyonlarla insanın iradəsidir”, deyə o, referendumların nəticələrinə dair Kremldə çıxışı zamanı deyib.
Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.
Səsvermənin nəticələrinə görə, səs verənlərin "DXR"-də 100%-i, 99,23%-i, "LXR"-də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i Rusiya Federasiyasına qoşulmağasəs verib.
Əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.
Respublika və vilayət nümayəndələrinin fikrincə, Rusiyaya birləşmək onların ərazilərinin təhlükəsizliyini təmin edəcək və tarixi ədaləti bərpa edəcək.
Onların fikrincə, bu qərar dinc sakinləri öldürmək üçün silahla təchiz edən Ukrayna hakimiyyəti və NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.
Putin sentyabrın 21-də bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.