https://sputnik.az/20220930/esrler-boyu-rusiyani-yaradan-ve-mudafie-edenler-qalib-gelibler---putin-446922746.html
Əsrlər boyu Rusiyanı yaradan və müdafiə edənlər qalib gəliblər - Putin
Əsrlər boyu Rusiyanı yaradan və müdafiə edənlər qalib gəliblər - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin yeni ərazilərin - yəni "Donetsk xalq Respublikası"nın, "Luqansk Xalq Respublikası"nın, Zaporojye və Xerson vilayətlərinin... 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T17:27+0400
2022-09-30T17:27+0400
2022-09-30T17:27+0400
rusiya prezidenti vladimir putin
rusiya
luqansk
donetsk
xerson
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446921302_0:0:3102:1745_1920x0_80_0_0_79a7b63855353db279550ce9afde9da5.jpg
BAKI, 30 sentyabr — Sputnik. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.Rusiya dövlət başçısı Kremldə "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə çıxış edərək bildirib ki, Rusiya Kiyev rejimini bütün hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır."Biz buna hazırıq. Bu, bir neçə dəfə deyilib", - Putin çıxışı zamanı deyib.Rusiya Federasiyasının rəhbərinin sözlərinə görə, Luqansk, Donetsk, Xerson və Zaporojyedə yaşayanlar əbədi olaraq Rusiya vətəndaşı olurlar."Mən istəyirəm ki, Kiyev hakimiyyəti və onların Qərbdəki əsl ağaları məni eşitsinlər ki, hamı bunu xatırlasın - Luqansk, Donetsk, Xerson və Zaporojyedə yaşayanlar həmişəlik bizim vətəndaşlarımıza çevrilirlər. Biz xalqın seçimini müzakirə etməyəcəyik, bu, artıq edilib. Rusiya xəyanət etməyəcək və Kiyev hakimiyyəti ona hörmətlə yanaşmalıdır", - Putin Rusiyaya yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimində deyib.Onun sözlərinə görə, dörd yeni regionun Rusiya Federasiyasına daxil olması onların BMT Nizamnaməsində təsbit olunmuş bərabərlik və öz müqəddəratını təyin etmək hüququdur."Bu, insanların ayrılmaz hüququdur, tarixi birliyə əsaslanır. Əsrlər boyu Rusiyanı yaradan və müdafiə edənlər qalib gəldilər", - Rusiya lideri vurğulayıb.Onun sözlərinə görə, Rusiya hakimiyyəti Rusiya Federasiyasının yeni regionlarının sakinlərinin bütün ölkənin dəstəyini hiss etməsi üçün hər şeyi edəcək.Qeyd edək ki, Rusiyaya birləşmə ilə bağlı referendum sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilib. Rusiyada da qaçqınlar üçün səsvermə təşkil olunub. Vətəndaşlar Rusiya Federasiyasına subyekt kimi qoşulmağın lehinə səs veriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446921302_373:0:3102:2047_1920x0_80_0_0_66c4d6097bfd45294c057b42d8a02913.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, luqansk, donetsk, xerson, zaporojye
rusiya prezidenti vladimir putin, luqansk, donetsk, xerson, zaporojye
Əsrlər boyu Rusiyanı yaradan və müdafiə edənlər qalib gəliblər - Putin
Rusiya prezidenti Vladimir Putin yeni ərazilərin - yəni "Donetsk xalq Respublikası"nın, "Luqansk Xalq Respublikası"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi barədə sənədləri imzalayıb.
BAKI, 30 sentyabr — Sputnik. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Rusiya dövlət başçısı Kremldə "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə çıxış edərək bildirib ki, Rusiya Kiyev rejimini bütün hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır.
"Biz buna hazırıq. Bu, bir neçə dəfə deyilib", - Putin çıxışı zamanı deyib.
Rusiya Federasiyasının rəhbərinin sözlərinə görə, Luqansk, Donetsk, Xerson və Zaporojyedə yaşayanlar əbədi olaraq Rusiya vətəndaşı olurlar.
"Mən istəyirəm ki, Kiyev hakimiyyəti və onların Qərbdəki əsl ağaları məni eşitsinlər ki, hamı bunu xatırlasın - Luqansk, Donetsk, Xerson və Zaporojyedə yaşayanlar həmişəlik bizim vətəndaşlarımıza çevrilirlər. Biz xalqın seçimini müzakirə etməyəcəyik, bu, artıq edilib. Rusiya xəyanət etməyəcək və Kiyev hakimiyyəti ona hörmətlə yanaşmalıdır", - Putin Rusiyaya yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, dörd yeni regionun Rusiya Federasiyasına daxil olması onların BMT Nizamnaməsində təsbit olunmuş bərabərlik və öz müqəddəratını təyin etmək hüququdur.
"Bu, insanların ayrılmaz hüququdur, tarixi birliyə əsaslanır. Əsrlər boyu Rusiyanı yaradan və müdafiə edənlər qalib gəldilər", - Rusiya lideri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti Rusiya Federasiyasının yeni regionlarının sakinlərinin bütün ölkənin dəstəyini hiss etməsi üçün hər şeyi edəcək.
Qeyd edək ki, Rusiyaya birləşmə ilə bağlı referendum sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilib. Rusiyada da qaçqınlar üçün səsvermə təşkil olunub. Vətəndaşlar Rusiya Federasiyasına subyekt kimi qoşulmağın lehinə səs veriblər.