Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının daha bir küçəsi təmir edilir

© Azerbaijan Highway State AgencyYol təmiri
Yol təmiri - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr olan küçə və yolun təmiri işləri aparılır.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Zəngəzur küçəsi, döngə 3 ünvanında təmir işləri aparır. Bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, ümumi uzunluğu 450 metr olan sözügedən küçədə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr olan küçə və yolun təmiri işləri aparılır.
Agentlik ötən il Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçəni təmir edib.
Xəbər lenti
0