Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Almaniya, Koreya və Yaponiyanı işğal edir - Putin

© Sputnik / Виталий Аньков / Mediabanka keçidQadın televizorda Putinin çıxışını izləyir
Qadın televizorda Putinin çıxışını izləyir - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rusiya Prezidenti qeyd edib ki, Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına qarşı sanksiya blitzkriqi ilə bütün dünyanı "yenidən qura" biləcəyini düşünürdü.
BAKI, 30 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları faktiki olaraq Almaniya, Yaponiya, Cənubi Koreya Respublikası və digər ölkələri hələ də işğal edir, lakin eyni zamanda onları həyasızcasına bərabər müttəfiqlər adlandırır.
"ABŞ faktiki olaraq Almaniya, Yaponiya, Cənubi Koreya Respublikası və digər ölkələri hələ də işğal altında saxlayır. Eyni zamanda onları həyasızcasına bərabərhüquqlu müttəfiqlər adlandırırlar. Bu necə əməkdaşlıqdır? Bütün dünya bilir ki, bu ölkələrin liderləri izlənir, bu dövlətlərin ilk adamlarının nəinki rəsmi, həm də yaşayış yerlərində dinləmə cihazları quraşdırılır.Bu, əsl utancdır. Bunu edənlər üçün də, qul kimi olanlar üçün də ayıbdır. Səssizcə bu kobudluğu həzm edin", deyəi Putin Rusiyaya yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimində çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, NATO-nun genişlənməməsi ilə bağlı verilən vədlərin çirkin bir yalan olduğu ortaya çıxıb.
"Strateji təhlükəsizlik razılaşmaları zibil qabına atılır. Ən yüksək səviyyədə əldə olunan razılaşmalar saxta elan edilir. NATO-nu şərqə doğru genişləndirməyəcəyinə dair qəti vədlər çirkin bir hiyləyə çevrilib", - Putin bildirib.
Prezident qeyd edib ki, Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına qarşı sanksiya blitzkriqi ilə bütün dünyanı "yenidən qura" biləcəyini düşünürdü.
Putin deyib ki, Qərb ölkələri bunu çoxdan arzulayırlar.
"Beləliklə, Rusiyaya qarşı sanksiya blitskriqinə başlayaraq, onlar yenidən bütün dünyanı öz əmrləri ilə "qura" biləcəklərinə inanırdılar, lakin göründüyü kimi, belə ümdiverici perspektiv hər kəsi həyəcanlandırır. Onlar tam siyasi mazoxistlər və beynəlxalq münasibətlərin qeyri-ənənəvi formalarının pərəstişkarlarıdır", - deyə Putin qeyd edib.
O vurğulayıb ki, ABŞ hazırda Rusiya, Çin və İranı cilovlamaqla məşğuldur, sırada isə digər ölkələr, həmçinin Vaşinqtonun hazırkı tərəfdaşları və müttəfiqləri dayanır.
"Biz artıq Rusiya, Çin, İranın qarşsıını almaq barədə eşitmişik. İnanıram ki, növbəti sırada Asiya, Latın Amerikası, Afrika, Yaxın Şərqin digər ölkələri, eləcə də ABŞ-ın hazırkı tərəfdaşları və müttəfiqləri var", - Putin bildirib.
Onun sözlərinə görə, ABŞ və NATO-nun hərbi doktrinaları hökmranlığa əsaslanır və guya "çəkindirmə" mövzusundadır:

"Əsl strateji suverenliyə malik olan və ya ona sahib olmaq istəyən və Qərbin hegemonluğuna meydan oxumağa qadir olan bütün dövlətlər avtomatik olaraq düşmənlər kateqoriyasına daxil edilir. ABŞ və NATO-nun hərbi doktrinaları məhz bu prinsiplər əsasında qurulur və tam hökmranlıqdan daha az heç nə tələb etmir".

Prezident qeyd edib ki, "Qərb elitası öz neokolonial planlarını eynilə riyakarlıqla, hətta sülhpərvərlik bəhanəsi ilə ortaya qoyur, hansısa "qoruma"dan danışır və belə hiyləgərliklə, bu cür hiyləgər strategiyadan digərinə keçir, lakin bu, əslində yalnız bir şey deməkdir - istənilən suveren inkişaf mərkəzlərini sarsıtmaq".
Putin bildirib ki, ABŞ Aİ-nin Rusiyanın enerji və digər resurslarını tamamilə qadağan etməsi ilə Avropanın sənayesizləşməsinə gətirib çıxarır.
"Vaşinqton Rusiyaya qarşı getdikcə daha çox sanksiyalar tələb edir və əksər avropalı siyasətçilər bununla təvazökarlıqla razılaşırlar. Onlar aydın başa düşürlər ki, ABŞ Aİ-nin Rusiyanın enerji daşıyıcılarından və digər resurslarından tamamilə imtina etməsinə təkan verərək, praktiki olaraq sənayesizləşdirməyə gətirib çıxarır. Bununla da tamamilə Avropa bazarını ələ keçirir" - deyə Rusiya lideri bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropa elitası bütün bunları başa düşür, lakin başqalarının maraqlarına xidmət etməyə üstünlük verir.
"İndi növbəti ziddiyyətdən çıxmaq üçün ABŞ nəyin bahasına olursa olsun Rusiyanı, başqalarının sərvətlərini daha da talamaq üçün suveren inkişaf yolunu seçən digər dövlətləri sındırmalıdırlar. Bununla da öz xərclərini və borclarını bağlayırlar", - Putin bildirib.
Prezident həmçinin ABŞ-ın "məşhur "müharibə hər şeyi siləcək" formulasından istifadə edə biləcəyindən narahatlığını ifadə edib:

"Rusiya dünya birliyi qarşısında öz məsuliyyətini dərk edir və bu cür "alovlu başları" özünə gətirmək üçün hər şeyi edəcək. Aydındır ki, indiki neokolonial model son nəticədə məhvə məhkumdur, lakin bir daha deyirəm, onun əsl sahibləri sona qədər bundan yapışacaqlar. Quldurluq və reket modelinin qorunub saxlanması istisna olmaqla, onların dünyaya təklif edəcəyi heç nə yoxdur".

O qeyd edib ki, Qərb Rusiya ilə bağlı mövqeyinə görə bütün ölkələrin onları dəstəkləməyəcəyini gözləmirdi. Putinin sözlərinə görə, əksər dövlətlər Rusiya ilə ağlabatan əməkdaşlıq yolunu seçirlər və Qərb onlardan boyun qaçırmağı gözləmirdi.
"Onlar sadəcə olaraq nümunə üzrə hərəkət etməyə öyrəşiblər: hər şeyi həyasızcasına qəbul etdirmək, şantaj, rüşvətxorluq, hədə-qorxu. Və özlərini inandırırlar ki, bu üsullar əbədi işləyəcək", - Putin deyib.
O, həmçinin qeyd edib ki, bu, ABŞ-ın özünün müstəsnalığı konspesiyasının və «informasiya aclığı»nın nəticəsidir.
"Həqiqət miflər, illüziyalar və saxtakarlıqlar okeanında boğuldu, qadağanedici aqressiv təbliğatdan istifadə etdi. Onlar da Göbbels kimi ehtiyatsızcasına yalan danışırlar. Yalan nə qədər inanılmaz olsa, bir o qədər də tez inanacaqlar. Bu prinsipə uyğun hərəkət edirlər", - deyə Putin bildirib.
Xəbər lenti
0