Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyənin turizm təşkilatları "Mir" sisteminə alternativ hazırlayır - KİV

© Sputnik / Aleksey FilippovRusiyanın "Mir" milli ödəniş sisteminin kartları, arxiv şəkli
Rusiyanın Mir milli ödəniş sisteminin  kartları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Rusiyalı turistlər yeni kartdan Türkiyədəki restoran, mağaza və əyləncə məkanlarında istifadə edə biləcəklər.
BAKI, 29 sentyabr - Sputnik. Türkiyənin turizm təşkilatları rusiyalı turistlər üçün “Mir” sisteminə alternativ olaraq “bilet kartı” hazırlayır. Bu barədə Türkiyənin “Sabah” qəzeti mənbələrə istinadən yazır.
“Turizm təşkilatları sanksiyaları pozmadan problemi həll etmək üçün bilet kartına bənzər formula üzərində işləyir. Müvafiq olaraq, Rusiyadan gələn turistlər turpaket alarkən “bilet”in pulunu kart kimi ödəyəcəklər. Onlar bu kartdan restoran, mağaza və əyləncə məkanlarında istifadə edə biləcəklər. Turoperatorlar rusiyalı turistlərin burada xərclədikləri pulu bilet kartları vasitəsilə restoranlara, ticarət və əyləncə məkanlarına yönəldəcəklər”, - deyə nəşr yazır.
Bir qədər əvvəl “Bloomberg” adı açıqlanmayan yüksək rütbəli türk məmuruna istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət bankları Halkbank, Ziraat Bank və VakıfBank “Mir” sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.
Agentliyin qənaətinə görə, türk banklarının bu cür planları “ABŞ-ın ikinci dərəcəli sanksiyalarının ölkələri Moskvadan uzaqlaşmağa məcbur etdiyinə” misaldır. İddia edilib ki, bankların bu qərarı həm də Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı mövqeyində dönüş yaradır.
Xatırladaq ki, Türkiyənin Vətən Partiyası Antalya vilayət sədri Serdar Üsküplü ABŞ-a edilən hər hansı güzəştin Türkiyəyə daha çox ziyan vuracağını, hökumətin təhdidlərə cavab verməli olduğunu bildirib.
"Bu tərəfdaşlıq hərbi, siyasi və iqtisadi əməkdaşlığa yol açır. Bu vəziyyət Qərb imperialistlərini dərindən sarsıdır və narahat edir. Türkiyə-Rusiya dostluğundan narahat olanlara biznesmenlərimizin, turizm mütəxəssislərimizin çörəyinə tamah salmağına imkan verməyəcəyik. ABŞ-ın özəl sektorumuzu təhdid etməsinə icazə verilə bilməz. Qonşularımızla iş görmək bizə mane ola bilməz", - deyə o bildirib.
Xəbər lenti
0