https://sputnik.az/20220929/turkiyede-mir-sisteminden-cixmaq-qerarina-etiraz-edildi-446833743.html
Türkiyədə "Mir" sistemindən çıxmaq qərarına etiraz edildi
Türkiyədə "Mir" sistemindən çıxmaq qərarına etiraz edildi
Sputnik Azərbaycan
Vətən Partiyası Antalyada mətbuata bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə təzyiqlərinə və MİR sistemindən çıxmaq qərarına etiraz edib. 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T10:51+0400
2022-09-29T10:51+0400
2022-09-29T10:51+0400
rusiya
türkiyə
bank
rusiya
"mir" ödəniş sistemi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440138963_0:312:3001:2000_1920x0_80_0_0_f877d47e5ee4acc4a0c8f3b99330bc30.jpg
BAKI, 29 sentyabr — Sputnik. Türkiyənin Vətən Partiyası Antalya vilayət sədri Serdar Üsküplü ABŞ-a edilən hər hansı güzəştin Türkiyəyə daha çox ziyan vuracağını, hökumətin təhdidlərə cavab verməli olduğunu bildirib. Bu barədə Türkiyə mediası məlumat yayıb.Vətən Partiyası Antalyada mətbuata bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə təzyiqlərinə və "Mir" sistemindən çıxmaq qərarına etiraz edib. Çox sayda vətəndaş və biznesmen bəyanata dəstək verib, 15 İyul Vətən Şəhidləri və Qazilər Dərnəyinin sədri Zeki Kılınç da onların arasında olub. Serdar Üsküplü bildirib ki, Türkiyə və Rusiya xalqlarının taleyi ortaqdır:"Bu tərəfdaşlıq hərbi, siyasi və iqtisadi əməkdaşlığa yol açır. Bu vəziyyət Qərb imperialistlərini dərindən sarsıdır və narahat edir. Türkiyə-Rusiya dostluğundan narahat olanlara biznesmenlərimizin, turizm mütəxəssislərimizin çörəyinə tamah salmağına imkan verməyəcəyik. ABŞ-ın özəl sektorumuzu təhdid etməsinə icazə verilə bilməz. Qonşularımızla iş görmək bizə mane ola bilməz".Serdar Üsküplü ABŞ-ın Türkiyəni silahla hədələdiyini də vurğulayıb və bu ifadələri işlədib:Türkiyənin özəl banklarının ardınca dövlət bankı olan "Vakıfbank" tərəfindən "Mir" kartlarından lirənin verilməsi prosesi dayandırılıb."Halkbank" isə "RİA Novosti"yə bu gün "Mir" sistemindən istifadənin dayandırılması barədə qərarın Türkiyənin nəzarət orqanından gözlədiklərini bildirib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyanın "Mir" kartının Türkiyədə istifadəsinə dair qərar verə biləcəyini bildirib. Bundan əvvəl Türkiyənin "İşbank" və "Denizbank"ı Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildirmişdilər.Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440138963_0:0:2667:2000_1920x0_80_0_0_1bcbdb4e548bd8d1fdc599770dc68dc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, bank, rusiya, "mir" ödəniş sistemi
türkiyə, bank, rusiya, "mir" ödəniş sistemi
Türkiyədə "Mir" sistemindən çıxmaq qərarına etiraz edildi
Vətən Partiyası Antalyada mətbuata bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə təzyiqlərinə və MİR sistemindən çıxmaq qərarına etiraz edib.
BAKI, 29 sentyabr — Sputnik. Türkiyənin Vətən Partiyası Antalya vilayət sədri Serdar Üsküplü ABŞ-a edilən hər hansı güzəştin Türkiyəyə daha çox ziyan vuracağını, hökumətin təhdidlərə cavab verməli olduğunu bildirib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Vətən Partiyası Antalyada mətbuata bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə təzyiqlərinə və "Mir" sistemindən çıxmaq qərarına etiraz edib. Çox sayda vətəndaş və biznesmen bəyanata dəstək verib, 15 İyul Vətən Şəhidləri və Qazilər Dərnəyinin sədri Zeki Kılınç da onların arasında olub. Serdar Üsküplü bildirib ki, Türkiyə və Rusiya xalqlarının taleyi ortaqdır:
"Bu tərəfdaşlıq hərbi, siyasi və iqtisadi əməkdaşlığa yol açır. Bu vəziyyət Qərb imperialistlərini dərindən sarsıdır və narahat edir. Türkiyə-Rusiya dostluğundan narahat olanlara biznesmenlərimizin, turizm mütəxəssislərimizin çörəyinə tamah salmağına imkan verməyəcəyik. ABŞ-ın özəl sektorumuzu təhdid etməsinə icazə verilə bilməz. Qonşularımızla iş görmək bizə mane ola bilməz".
Serdar Üsküplü ABŞ-ın Türkiyəni silahla hədələdiyini də vurğulayıb və bu ifadələri işlədib:
"Rusiya ilə maraqlarımız tarixdə heç vaxt olmadığı qədər ortaqdır. Rusiyanı təhdid edən ABŞ Türkiyəni də hədələyir. Yunanıstan az qala Amerikanın hərbi bazasına çevrilib, Yunanıstanın təkəbbürlü gedişləri ABŞ-ın əmri ilə edilir. Silahlı təhlükə iqtisadi sanksiya təhdidləri ilə dəstəklənir və Türkiyə iqtisadiyyatı çökdürülməyə çalışılır".
Türkiyənin özəl banklarının ardınca dövlət bankı olan "Vakıfbank" tərəfindən "Mir" kartlarından lirənin verilməsi prosesi dayandırılıb.
"Halkbank" isə "RİA Novosti"yə bu gün "Mir" sistemindən istifadənin dayandırılması barədə qərarın Türkiyənin nəzarət orqanından gözlədiklərini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyanın "Mir" kartının Türkiyədə istifadəsinə dair qərar verə biləcəyini bildirib. Bundan əvvəl Türkiyənin "İşbank" və "Denizbank"ı Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildirmişdilər.
Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq.