Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək

© Sputnik / POOL / Mediabanka keçidPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Rusiya liderinin mətbuat katibi bildirib ki, Vladimir Putin MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 18-ci iclasını keçirəcək.
BAKI, 29 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək və bir sıra beynəlxalq telefon danışıqları aparacaq.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezident MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 18-ci iclasını keçirəcək. O qeyd edib ki, mövcud vəziyyət - "xarici və daxili təhdidlərin çoxalması" fonunda MDB dövlətlərinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin üzərinə xüsusi yük və məsuliyyət düşür.
"Bu tədbirin sonunda prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirməyi planlaşdırır və biz bir neçə beynəlxalq telefon danışıqlarını istisna etmirik", - Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Rusiya prezidenti sonuncu dəfə bu il iyulun 15-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. Putin Təhlükəsizlik Şurası ilə görüşdə daxili təhlükəsizlik təhdidlərinin qarşısının alınması məsələsini də müzakirə edib.
Xəbər lenti
0