https://sputnik.az/20220929/moskva-ve-vasinqton-start-3-cercivesinde-dialoq-aparir---zaxarova-446881541.html
Moskva və Vaşinqton START-3 çərçivəsində dialoq aparır - Zaxarova
Moskva və Vaşinqton START-3 çərçivəsində dialoq aparır - Zaxarova
Sputnik Azərbaycan
Rusiya XİN sözçüsü bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ABŞ-la qarşılıqlı razılaşma əsasında 2020-ci ilin əvvəlindən Müqavilə çərçivəsində təftiş... 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T18:50+0400
2022-09-29T18:50+0400
2022-09-29T18:50+0400
rusiya
rusiya
abş
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/41139/81/411398111_0:0:4186:2354_1920x0_80_0_0_49224881b5b33e17e8657c3981a1ce77.jpg
BAKI, 29 sentyabr — Sputnik. Moskva və Vaşinqton START-3 çərçivəsində yoxlamaların bərpası məsələsi üzrə dialoq aparır və məsləhət komissiyasının üzbəüz iclası da müzakirə olunur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.O xatırladıb ki, koronavirus pandemiyası ilə əlaqədar ABŞ-la qarşılıqlı razılaşma əsasında 2020-ci ilin əvvəlindən Müqavilə çərçivəsində təftiş fəaliyyətləri dayandırılıb."Əlbəttə, onun bərpası məsələsi nəzərdən keçirilir, müvafiq kanallar vasitəsilə tərəflərin nəzarət mexanizminin bu hissəsində müqavilənin tam icrasına necə qayıda biləcəyi ilə bağlı dialoq aparılır", - Zaxarova brifinqdə deyib.O vurğulayıb ki, söhbət ilk növbədə ikitərəfli məşvərət komissiyasının fəaliyyətindən gedir."Hazırda üzbəüz sessiyanın keçirilməsi imkanları öyrənilir", - Zaxarova bildirib.START müqaviləsiStrateji Silahların Azaldılması Müqaviləsi (START - Strategic Arms Reduction Treaty - red.) 2010-cu ildə imzalanıb və 2011-ci ilin 5 fevralında qüvvəyə minib.Bu sənəd Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılması barədə yeganə müqavilə olaraq qalır. Sazişin müddəti 2021-ci ilin fevralında başa çatır. Bundan əvvəl Prezident Donald Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişinin hazırlanması istəyindən danışmışdı. Pekin bu ideyanı rədd edib.Sazişə əsasən, tərəflərin hər biri yeddi il və ondan sonrakı müddətdə öz nüvə arsenalının ümumi sayı 700 olan qitələrarası ballistik raketdən, sualtı qayıqlardakı və ağır bombardmançılardakı ballistik raketlərdən, habelə 1550 döyüş başlığından, 800 quraşdırılmış və quraşdırılmamış raket qurğusundan artıq olmamaq şərtilə ixtisarını nəzərdə tutur.5 fevral 2018-ci il Rusiya və ABŞ-ın START-3 meyarlarına çatması üçün son tarix olaraq göstərilib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41139/81/411398111_54:0:3790:2802_1920x0_80_0_0_9ec1b9e3d15b215650eff8c201a464c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, abş, danışıqlar
Moskva və Vaşinqton START-3 çərçivəsində dialoq aparır - Zaxarova
Rusiya XİN sözçüsü bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ABŞ-la qarşılıqlı razılaşma əsasında 2020-ci ilin əvvəlindən Müqavilə çərçivəsində təftiş fəaliyyətləri dayandırılıb.
BAKI, 29 sentyabr — Sputnik. Moskva və Vaşinqton START-3 çərçivəsində yoxlamaların bərpası məsələsi üzrə dialoq aparır və məsləhət komissiyasının üzbəüz iclası da müzakirə olunur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O xatırladıb ki, koronavirus pandemiyası ilə əlaqədar ABŞ-la qarşılıqlı razılaşma əsasında 2020-ci ilin əvvəlindən Müqavilə çərçivəsində təftiş fəaliyyətləri dayandırılıb.
"Əlbəttə, onun bərpası məsələsi nəzərdən keçirilir, müvafiq kanallar vasitəsilə tərəflərin nəzarət mexanizminin bu hissəsində müqavilənin tam icrasına necə qayıda biləcəyi ilə bağlı dialoq aparılır", - Zaxarova brifinqdə deyib.
O vurğulayıb ki, söhbət ilk növbədə ikitərəfli məşvərət komissiyasının fəaliyyətindən gedir.
"Hazırda üzbəüz sessiyanın keçirilməsi imkanları öyrənilir", - Zaxarova bildirib.
Strateji Silahların Azaldılması Müqaviləsi (START - Strategic Arms Reduction Treaty - red.) 2010-cu ildə imzalanıb və 2011-ci ilin 5 fevralında qüvvəyə minib.
Bu sənəd Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılması barədə yeganə müqavilə olaraq qalır. Sazişin müddəti 2021-ci ilin fevralında başa çatır. Bundan əvvəl Prezident Donald Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişinin hazırlanması istəyindən danışmışdı. Pekin bu ideyanı rədd edib.
Sazişə əsasən, tərəflərin hər biri yeddi il və ondan sonrakı müddətdə öz nüvə arsenalının ümumi sayı 700 olan qitələrarası ballistik raketdən, sualtı qayıqlardakı və ağır bombardmançılardakı ballistik raketlərdən, habelə 1550 döyüş başlığından, 800 quraşdırılmış və quraşdırılmamış raket qurğusundan artıq olmamaq şərtilə ixtisarını nəzərdə tutur.
5 fevral 2018-ci il Rusiya və ABŞ-ın START-3 meyarlarına çatması üçün son tarix olaraq göstərilib.