Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Konaşenkov Ukraynanın son sutkadakı itkilərini açıqladı

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidБрифинг Минобороны РФ
Брифинг Минобороны РФ - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Operativ-taktiki və ordu aviasiyasının, raket qüvvələrinin və artilleriyanın zərbələri Ukrayna Silahlı Qüvvələrinin 6 komanda məntəqəsinə zərbələr endirib.
BAKI, 29 sentyabr — Sputnik. Rusiya hərbçiləri bir sutka ərzində Ukrayna ordusunun "DXR" və Xarkov vilayətində altı komanda məntəqəsini vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Operativ-taktiki və ordu aviasiyasının, raket qüvvələrinin və artilleriyanın zərbələri Ukrayna Silahlı Qüvvələrinin 6 komanda məntəqəsinə, o cümlədən "Donetsk Xalq Respublikası"nın Yelizavetovka qəsəbəsi yaxınlığında 53-cü mexanikləşdirilmiş briqadanın komanda məntəqələrinə endirilib. Həmçinin Xarkov vilayətinin Dvureçnaya qəsəbəsi ərazisində 14-cü mexanikləşdirilmiş briqada, həmçinin 198 ərazidə 87 artilleriya bölməsi, canlı qüvvə və hərbi texnikaya zərbələr endirilib", - Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 92-ci mexanikləşdirilmiş briqadasının ikinci batalyonunun Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığındakı müvəqqəti dislokasiya məntəqəsində baş vermiş yanğın nəticəsində 70-dən çox ukraynalı hərbçi və 14 hərbi texnika məhv edilib.
"Rusiya Aerokosmik Qüvvələrinin "Donetsk Xalq Respublikası"nın Nikolaevka qəsəbəsi ərazisindəki "Xarici Legion" xarici muzdlu bölmələrinin mövqelərinə yüksək dəqiqliklə endirdiyi zərbə 80-ə qədər yaraqlını məhv edib", - Konaşenkov bildirib.
Xəbər lenti
0