Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Cümə günü yeni ərazilərin RF-ə daxil olması barədə sazişlər imzalanacaq - Peskov

© Sputnik / Vladimir AstapkovichRusiya Prezident Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov. Arxiv şəkli
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Sentyabrın 23-dən 27-dək keçirilmiş referendumlarda vətəndaşlar "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşməsinə səs veriblər.
BAKI, 29 sentyabr - Sputnik. Cümə günü Kremldə yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişlərin imzalanması mərasimi keçiriləcək və dövlət başçısı Vladimir Putin orada iştirak edəcək. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Sabah saat 15:00-da Böyük Kreml sarayında, Georgi zalında Rusiya Federasiyasının tərkibinə yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçiriləcək. Bu tədbirdə prezident Putinin həcmli çıxışı olacaq”, - deyə Peskov bildirib.
O qeyd edib ki, bu, prezidentin Federal Məclisə müraciəti deyil, fərqli formatdır.
“Prezidentin mesajı daha sonra olacaq, sizə vaxtında məlumat verəcəyik”, - deyə Peskov əlavə edib.
Xatırladaq ki, Rusiya Federasiya Şurasının Reqlament və Parlament fəaliyyətinin təşkili komitəsinin sədri Vyaçeslav Timçenko sentyabrın 30-da Rusiya Federasiyasının tərkibinə yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasiminə Kremlə senatorlar və deputatlar dəvət olunub:
“Müvafiq dəvətlər hamı tərəfindən alınıb".
Xaırladaq ki, sentyabrın 23-dən 27-dək "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində referendumlar keçirilib, vətəndaşlar subyektlərin Rusiyaya birləşməsinə səs veriblər.
Xəbər lenti
0