https://sputnik.az/20220929/-ermenistan-ktmt-den-cixacaq---rusiya-xn-den-munasibet-446883260.html
Ermənistan KTMT-dən çıxacaq? - Rusiya XİN-dən münasibət
Ermənistan KTMT-dən çıxacaq? - Rusiya XİN-dən münasibət
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən səsləndirilən KTMT-nin ünvanına əsassız tənqidlər... 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T20:25+0400
2022-09-29T20:25+0400
2022-09-29T20:25+0400
ktmt
rusiya
ermənistan
rusiya xin
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_0:194:2953:1855_1920x0_80_0_0_59023b4f3cec47a3a93ce8c327779646.jpg
BAKI, 29 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı iddialarına münasibət bildirib.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən səsləndirilən KTMT-nin ünvanına əsassız tənqidlər qarşılıqlı sərfəli qərarların qəbul edilməsinə fayda gətirmir.Rusiya XİN rəsmisi bu gün, sentyabrın 29-da KTMT baş katibi Stansilav Zasın İrəvanda səfərdə olduğunu xatırladıb: "Stanislav Zas Ermənistan baş naziri Paşinyana Ermənistanın təklifi ilə 15-23 sentyabr tarixində baş tutmuş KTMT missiyasının işinin yekun qiymətləndirmələrini təqdim edəcək. KTMT Baş katibinin rəhbərlik etdiyi missiya ekspertlərlə birlikdə Ermənistan-Azərbaycan sərhədində olublar, yerdəki vəziyyəti qiymətləndiriblər. O ki qaldı İrəvan tərəfindən KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərinə hərbi kontingent göndərməmək qərarına, düşünürəm ki, bu məsələdə Ermənistan özü və silahlı qüvvələri qarşısında duran vəzifələrdən hazırkı vəziyyəti nəzərə alaraq çıxış edir. Bu, onun suveren hüququdur".Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.Qeyd edək ki, ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.
https://sputnik.az/20220929/rusiya-xn-den-pasinyanin-teklifine-munasibet-realligi-xeyalla-deyismek-olmaz-446886072.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_110:0:2841:2048_1920x0_80_0_0_c4bd9fb76794183c9a4abc98c85c6341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, ermənistan, rusiya xin, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
ktmt, ermənistan, rusiya xin, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Ermənistan KTMT-dən çıxacaq? - Rusiya XİN-dən münasibət
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən səsləndirilən KTMT-nin ünvanına əsassız tənqidlər qarşılıqlı sərfəli qərarların qəbul edilməsinə fayda gətirmir.
BAKI, 29 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı iddialarına münasibət bildirib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən səsləndirilən KTMT-nin ünvanına əsassız tənqidlər qarşılıqlı sərfəli qərarların qəbul edilməsinə fayda gətirmir.
Rusiya XİN rəsmisi bu gün, sentyabrın 29-da KTMT baş katibi Stansilav Zasın İrəvanda səfərdə olduğunu xatırladıb: "Stanislav Zas Ermənistan baş naziri Paşinyana Ermənistanın təklifi ilə 15-23 sentyabr tarixində baş tutmuş KTMT missiyasının işinin yekun qiymətləndirmələrini təqdim edəcək. KTMT Baş katibinin rəhbərlik etdiyi missiya ekspertlərlə birlikdə Ermənistan-Azərbaycan sərhədində olublar, yerdəki vəziyyəti qiymətləndiriblər. O ki qaldı İrəvan tərəfindən KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərinə hərbi kontingent göndərməmək qərarına, düşünürəm ki, bu məsələdə Ermənistan özü və silahlı qüvvələri qarşısında duran vəzifələrdən hazırkı vəziyyəti nəzərə alaraq çıxış edir. Bu, onun suveren hüququdur".
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.
Qeyd edək ki, ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.
Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.
Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.