Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İsveçrə Anatoli Karpova viza verməkdən imtina edib

© Sputnik / Нина Зотина Anatoli Karpov
 Anatoli Karpov  - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
On ikinci dünya çempionu BMT-nin baş qərargahında filmin təqdimat mərasimində iştirak etməyi planlaşdırıb.
BAKI, 28 sentyabr — Sputnik. Rusiyalı qrossmeyster Anatoli Karpov BMT-nin Cenevrədəki baş qərargahında təqdim olunacaq filmin nümayişində iştirak etmək istəsə də, İsveçrə qrossmeysterin ölkəyə girişini qadağan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"İsveçrə Anatoli Karpova BMT-nin Cenevrədəki baş qərargahında "Dünya çempionu" filminin nümayişində iştirak etmək üçün giriş vizası verməyib. Bern uzun illər öz nailiyyəti hesab etdiyi neytrallıq siyasətini həyata keçirə bilmədiyini göstərir", - deyə o, “Telegram” kanalında qeyd edib.
Film keçmiş dünya çempionu Karpov və rəqibi Viktor Korçnoy arasında dünya çempionluğu uğrunda mübarizəyə həsr olunub. Karpov filmin rejissorunun məsləhətçisi kimi çıxış edib.
Xəbər lenti
0