https://sputnik.az/20220928/lavrov-yapon-militarizminin-cinayetleri-unudulmamalidir-446800313.html
Lavrov: "Yapon militarizminin cinayətləri unudulmamalıdır"
Lavrov: "Yapon militarizminin cinayətləri unudulmamalıdır"
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, Yaponiya hərbi cinayətkarlarının Tokio və Xabarovsk məhkəmələri geniş hüquqi material təqdim edib və hələ də prosessual əhəmiyyətini... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T12:24+0400
2022-09-28T12:24+0400
2022-09-28T12:24+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
yaponiya
tokio
xabarovsk
xabarovsk vilayət məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446659936_0:161:3071:1888_1920x0_80_0_0_a269a6584214e55b25a619fce98e17cf.jpg
BAKI, 28 sentyabr — Sputnik. Yapon militarizminin cinayətlərinin məhdudiyyət müddəti yoxdur və unudulmamalıdır, tarixi hadisələrin işıqlandırılmasına könüllü yanaşmalar qəbuledilməzdir.Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Militarist Yaponiyanın cinayətləri: tarixi və müasir aspektlər" beynəlxalq konfransının iştirakçılarına təbrikində deyilir.Müraciətin mətnini Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının elmi işlər üzrə prorektoru Oleq Karpoviç oxuyub."Yapon militarizminin cinayətlərinin heç bir məhdudiyyət müddəti yoxdur və buna görə də unudulmamalıdır. Eyni zamanda, təəssüf ki, rəsmi Tokio nəinki Asiya-Sakit Okean regionu dövlətlərinə qarşı təcavüzə görə peşmançılıq sözlərini dilə gətirmir, lakin ölkələrimizə qarşı tamamilə əsassız və gülünc ittihamlar eşidilir. Dünya nizamının BMT mərkəzli arxitekturasına xələl gətirən tarixə bu cür könüllü yanaşma yolverilməzdir", - deyə Rusiya XİN rəhbərinin müraciətində deyilir.Nazirin sözlərinə görə, Yaponiya hərbi cinayətkarlarının Tokio və Xabarovsk məhkəmələri geniş hüquqi material təqdim edib və hələ də prosessual əhəmiyyətini qoruyur: "Bu baxımdan konfrans zamanı Tokiodakı beynəlxalq məhkəmənin hökmünün rus dilində tam təsdiq edilmiş mətninin, o cümlədən ona aid sənədlərin və materialların ilk dəfə olaraq təqdim olunması xüsusilə qiymətlidir. İlkin mənbələr keçmişin siyasiləşdirilməmiş, qərəzsiz öyrənilməsinin açarıdır".XİN rəhbəri konfrans çərçivəsində müzakirələrin konstruktiv şəkildə aparılacağına və "tarixi saxtakarlıqlara qarşı mübarizə, İkinci Dünya müharibəsinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi nəticələrinə yenidən baxılması kimi nəcib işə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446659936_170:0:2901:2048_1920x0_80_0_0_4e0be682fd6ef90aef0c1c3598e81b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, yaponiya, tokio, xabarovsk, xabarovsk vilayət məhkəməsi
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, yaponiya, tokio, xabarovsk, xabarovsk vilayət məhkəməsi
Lavrov: "Yapon militarizminin cinayətləri unudulmamalıdır"
Nazirin sözlərinə görə, Yaponiya hərbi cinayətkarlarının Tokio və Xabarovsk məhkəmələri geniş hüquqi material təqdim edib və hələ də prosessual əhəmiyyətini qoruyur.
BAKI, 28 sentyabr — Sputnik. Yapon militarizminin cinayətlərinin məhdudiyyət müddəti yoxdur və unudulmamalıdır, tarixi hadisələrin işıqlandırılmasına könüllü yanaşmalar qəbuledilməzdir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Militarist Yaponiyanın cinayətləri: tarixi və müasir aspektlər" beynəlxalq konfransının iştirakçılarına təbrikində deyilir.
Müraciətin mətnini Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının elmi işlər üzrə prorektoru Oleq Karpoviç oxuyub.
"Yapon militarizminin cinayətlərinin heç bir məhdudiyyət müddəti yoxdur və buna görə də unudulmamalıdır. Eyni zamanda, təəssüf ki, rəsmi Tokio nəinki Asiya-Sakit Okean regionu dövlətlərinə qarşı təcavüzə görə peşmançılıq sözlərini dilə gətirmir, lakin ölkələrimizə qarşı tamamilə əsassız və gülünc ittihamlar eşidilir. Dünya nizamının BMT mərkəzli arxitekturasına xələl gətirən tarixə bu cür könüllü yanaşma yolverilməzdir", - deyə Rusiya XİN rəhbərinin müraciətində deyilir.
Nazirin sözlərinə görə, Yaponiya hərbi cinayətkarlarının Tokio və Xabarovsk məhkəmələri geniş hüquqi material təqdim edib və hələ də prosessual əhəmiyyətini qoruyur: "Bu baxımdan konfrans zamanı Tokiodakı beynəlxalq məhkəmənin hökmünün rus dilində tam təsdiq edilmiş mətninin, o cümlədən ona aid sənədlərin və materialların ilk dəfə olaraq təqdim olunması xüsusilə qiymətlidir. İlkin mənbələr keçmişin siyasiləşdirilməmiş, qərəzsiz öyrənilməsinin açarıdır".
XİN rəhbəri konfrans çərçivəsində müzakirələrin konstruktiv şəkildə aparılacağına və "tarixi saxtakarlıqlara qarşı mübarizə, İkinci Dünya müharibəsinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi nəticələrinə yenidən baxılması kimi nəcib işə töhfə verəcəyinə əminliyini ifadə edib.