https://sputnik.az/20220928/kreml-danimarka-ve-svecden-cavab-gozleyir---peskov-446812229.html
Kreml Danimarka və İsveçdən cavab gözləyir - Peskov
Kreml Danimarka və İsveçdən cavab gözləyir - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, kimsə borulara yaxınlaşa bilməsin deyə, məhz onlar orada çoxlu monitorinq avadanlığına sahibdirlər. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T17:06+0400
2022-09-28T17:06+0400
2022-09-28T17:06+0400
peskov
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
kreml
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823495_0:0:3072:1728_1920x0_80_0_0_c0d5972dac2c7d7e269a337b94a1050a.jpg
BAKI, 28 sentyabr — Sputnik. Kreml danimarkalılardan və isveçlilərdən "Şimal axını"nda fövqəladə vəziyyətlə bağlı məlumat gözləyir və əmindir ki, kimsə bu ölkələrin monitorinq avadanlığının müşahidə sahəsinə düşmədən borulara yaxınlaşa bilməz. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Əlbəttə, biz hamımızda müəyyən məlumatlar var, yəqin ki, danimarkalılardan və isveçlilərdən də məlumatlar gözləyə bilərik. Bilirik ki, kimsə borulara yaxınlaşa bilməsin deyə, məhz onlar orada çoxlu monitorinq avadanlığına sahibdirlər", - o jurnalistlərə bildirib.Peskov qeyd edib ki, hamı bunu çox yaxşı bilir və bu, xüsusilə hərbi mütəxəssislərə məlumdur.Bazar ertəsi "Nord Stream 2 AG" şirkəti bildirib ki, "Şimal axını-2"nin xətlərindən birində (tikintidən sonra texniki qazla doldurulub) Bornholm adası yaxınlığında Danimarka sularında təzyiqin kəskin azalması ilə müşayiət olunan fövqəladə hadisə baş verib. Hadisənin səbəbləri məlum deyil, araşdırma aparılır, şirkətdən bildiriblər. Daha sonra "Şimal axını"nın operatoru olan "Nord Stream AG" şirkəti hər iki xətdə təzyiqin düşməsi barədə məlumat verib.Qərbin sanksiyaları nəticəsində “Siemens” turbinlərinin təmirində yaranan problemlərə görə "Şimal axını"nın işi avqustun sonundan dayandırılıb. Bununla belə, boru kəməri qazla dolu qalıb.Danimarka və İsveç hakimiyyət orqanlarından verilən məlumata görə, Bornholm adasının şimal-şərqindəki "Şimal axını"nda iki və adanın cənub-şərqindəki "Şimal axını-2"də bir qaz sızması aşkar edilib. “Bloomberg”-in verdiyi məlumata görə, Almaniya və Danimarka "Şimal axını" və "Şimal axını-2"də sızmaların təxribatla bağlı olduğunu istisna etməyib. Belə ki, Almaniya təhlükəsizlik xidmətinin adının açıqlanmasını istəməyən nümayəndəsi agentliyə bildirib ki, sübutlar göstərdiyinə əsasən, burada texniki problemdən daha çox güc tətbiqi olunması elementləri var. İsveçin SVT telekanalının jurnalisti xəbər verir ki, İsveç seysmik mərkəzi bazar ertəsi Şimal axınından qaz sızması sahəsində güclü sualtı partlayışların qeydə alındığını bildirib. KİV İsveç polisinin "Şimal axını"nda fövqəladə hadisədən sonra mümkün təxribatla bağlı araşdırmaya başladığını yazıb.İsveçin xarici işlər naziri Ann Linde ötən gün axşam bildirib ki, "Şimal axını" və "Şimal axını-2" boru kəmərlərindən qaz sızması ilə bağlı insidentlər "partlayışlar" nəticəsində baş verib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen "Şimal axını"nda fövqəladə vəziyyətdən sonra hadisənin arxasında kimin dayana biləcəyini açıqlamadan Avropanın enerji infrastrukturunun "qəsdən pozulmasına" cavab veriləcəyi ilə hədələyib.Eyni zamanda, Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski "Şimal axını" qaz kəmərinə dəyən ziyana sevinib, həmçinin sosial şəbəkələrdə "təşəkkür edirəm, ABŞ" yazıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna cavab olaraq bu yazının terror aktı ilə bağlı rəsmi açıqlama olub-olmaması ilə maraqlanıb.Ağ Ev bir qədər əvvəl ABŞ-ın "Şimal axını"nda sızmaların səbəbləri ilə bağlı "spekulyasiya etməyəcəyini" və Avropa ölkələrinə yardım göstərməyə hazır olduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823495_341:0:3072:2048_1920x0_80_0_0_fd5c56159a6d5992af4cfbd49dcc86da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, kreml, "şimal axını-2"
peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, kreml, "şimal axını-2"
Kreml Danimarka və İsveçdən cavab gözləyir - Peskov
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, kimsə borulara yaxınlaşa bilməsin deyə, məhz onlar orada çoxlu monitorinq avadanlığına sahibdirlər.
BAKI, 28 sentyabr — Sputnik. Kreml danimarkalılardan və isveçlilərdən "Şimal axını"nda fövqəladə vəziyyətlə bağlı məlumat gözləyir və əmindir ki, kimsə bu ölkələrin monitorinq avadanlığının müşahidə sahəsinə düşmədən borulara yaxınlaşa bilməz. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə, biz hamımızda müəyyən məlumatlar var, yəqin ki, danimarkalılardan və isveçlilərdən də məlumatlar gözləyə bilərik. Bilirik ki, kimsə borulara yaxınlaşa bilməsin deyə, məhz onlar orada çoxlu monitorinq avadanlığına sahibdirlər", - o jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, hamı bunu çox yaxşı bilir və bu, xüsusilə hərbi mütəxəssislərə məlumdur.
Bazar ertəsi "Nord Stream 2 AG" şirkəti bildirib ki, "Şimal axını-2"nin xətlərindən birində (tikintidən sonra texniki qazla doldurulub) Bornholm adası yaxınlığında Danimarka sularında təzyiqin kəskin azalması ilə müşayiət olunan fövqəladə hadisə baş verib. Hadisənin səbəbləri məlum deyil, araşdırma aparılır, şirkətdən bildiriblər. Daha sonra "Şimal axını"nın operatoru olan "Nord Stream AG" şirkəti hər iki xətdə təzyiqin düşməsi barədə məlumat verib.
Qərbin sanksiyaları nəticəsində “Siemens” turbinlərinin təmirində yaranan problemlərə görə "Şimal axını"nın işi avqustun sonundan dayandırılıb. Bununla belə, boru kəməri qazla dolu qalıb.
Danimarka və İsveç hakimiyyət orqanlarından verilən məlumata görə, Bornholm adasının şimal-şərqindəki "Şimal axını"nda iki və adanın cənub-şərqindəki "Şimal axını-2"də bir qaz sızması aşkar edilib. “Bloomberg”-in verdiyi məlumata görə, Almaniya və Danimarka "Şimal axını" və "Şimal axını-2"də sızmaların təxribatla bağlı olduğunu istisna etməyib. Belə ki, Almaniya təhlükəsizlik xidmətinin adının açıqlanmasını istəməyən nümayəndəsi agentliyə bildirib ki, sübutlar göstərdiyinə əsasən, burada texniki problemdən daha çox güc tətbiqi olunması elementləri var. İsveçin SVT telekanalının jurnalisti xəbər verir ki, İsveç seysmik mərkəzi bazar ertəsi Şimal axınından qaz sızması sahəsində güclü sualtı partlayışların qeydə alındığını bildirib. KİV İsveç polisinin "Şimal axını"nda fövqəladə hadisədən sonra mümkün təxribatla bağlı araşdırmaya başladığını yazıb.
İsveçin xarici işlər naziri Ann Linde ötən gün axşam bildirib ki, "Şimal axını" və "Şimal axını-2" boru kəmərlərindən qaz sızması ilə bağlı insidentlər "partlayışlar" nəticəsində baş verib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen "Şimal axını"nda fövqəladə vəziyyətdən sonra hadisənin arxasında kimin dayana biləcəyini açıqlamadan Avropanın enerji infrastrukturunun "qəsdən pozulmasına" cavab veriləcəyi ilə hədələyib.
Eyni zamanda, Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski "Şimal axını" qaz kəmərinə dəyən ziyana sevinib, həmçinin sosial şəbəkələrdə "təşəkkür edirəm, ABŞ" yazıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna cavab olaraq bu yazının terror aktı ilə bağlı rəsmi açıqlama olub-olmaması ilə maraqlanıb.
Ağ Ev bir qədər əvvəl ABŞ-ın "Şimal axını"nda sızmaların səbəbləri ilə bağlı "spekulyasiya etməyəcəyini" və Avropa ölkələrinə yardım göstərməyə hazır olduğunu bildirib.