https://sputnik.az/20220928/kreml-abs-a-xeberdarliq-etdi-bu-son-derece-tehlukelidir-446811444.html
Kreml ABŞ-a xəbərdarlıq etdi: Bu, son dərəcə təhlükəlidir
Kreml ABŞ-a xəbərdarlıq etdi: Bu, son dərəcə təhlükəlidir
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbuat katibi deyib ki, Volodimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yeni deyil. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T15:22+0400
2022-09-28T15:22+0400
2022-09-28T15:22+0400
rusiya
kreml
vladimir zelenski
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_0:186:2980:1862_1920x0_80_0_0_0a6ffd2466466fb1dab944bb70bd8e1d.jpg
BAKI, 28 sentyabr — Sputnik. ABŞ getdikcə de-fakto Ukraynada münaqişəyə daxil olur və onun tərəfinə çevrilir, bu, son dərəcə təhlükəlidir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Ukraynaya ona verdiyi silahların Rusiyanın referendumların nəticələrinə əsasən özününkü elan edə biləcəyi ərazilərdə istifadəsinə mane olmayacaq."Biz Blinkenin bəyanatına mənfi münasibət bildiririk. Getdikcə ABŞ bu münaqişəyə de-fakto girir. ABŞ tərəfi son dərəcə təhlükəli olan bu münaqişənin tərəfi olmağa yaxındır", - Peskov qeyd edib.Peskov əlavə edib ki, Volodimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yeni deyil: "O, çoxdandır ki, danışacaq bir şey olmadığını, danışıqlarla bağlı istənilən fikirdən imtina etmək qərarına gəldiyini söyləyib".Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah təminatı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etməyəcək və mənfi təsir göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071537_125:0:2856:2048_1920x0_80_0_0_e405e67f79b2a5047b2d7ba1bcf3a04e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kreml, vladimir zelenski, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
kreml, vladimir zelenski, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Kreml ABŞ-a xəbərdarlıq etdi: Bu, son dərəcə təhlükəlidir
Rusiya Prezidentinin mətbuat katibi deyib ki, Volodimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yeni deyil.
BAKI, 28 sentyabr — Sputnik. ABŞ getdikcə de-fakto Ukraynada münaqişəyə daxil olur və onun tərəfinə çevrilir, bu, son dərəcə təhlükəlidir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Ukraynaya ona verdiyi silahların Rusiyanın referendumların nəticələrinə əsasən özününkü elan edə biləcəyi ərazilərdə istifadəsinə mane olmayacaq.
"Biz Blinkenin bəyanatına mənfi münasibət bildiririk. Getdikcə ABŞ bu münaqişəyə de-fakto girir. ABŞ tərəfi son dərəcə təhlükəli olan bu münaqişənin tərəfi olmağa yaxındır", - Peskov qeyd edib.
Peskov əlavə edib ki, Volodimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yeni deyil: "O, çoxdandır ki, danışacaq bir şey olmadığını, danışıqlarla bağlı istənilən fikirdən imtina etmək qərarına gəldiyini söyləyib".
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah təminatı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların tədarükü Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etməyəcək və mənfi təsir göstərəcək.