https://sputnik.az/20220927/rusiya-mn-ukrayna-qirici-teyyarelerinin-vuruldugunu-aciqladi-446774472.html
Rusiya MN Ukrayna qırıcı təyyarələrinin vurulduğunu açıqladı
Rusiya MN Ukrayna qırıcı təyyarələrinin vurulduğunu açıqladı
Sputnik Azərbaycan
Nazirlikdən bildirilib ki, Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında "Toçka-U" taktiki raketi də ələ keçirilib. 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T17:01+0400
2022-09-27T17:01+0400
2022-09-27T17:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
hərbi təyyarə
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/18/444322398_0:0:3141:1768_1920x0_80_0_0_c5a2cf72aad4478fb365c9d2f5da81ea.jpg
BAKI, 27 sentyabr — Sputnik. Rusiya hərbçiləri Xerson vilayəti üzərində səmada Ukrayna Silahlı Qüvvələrinin iki MİQ-29 qırıcısını vurub, həmçinin ABŞ-ın HIMARS reaktiv yaylım atəş sisteminin (MLRS) 17 mərmisini məhv edib. Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlayıb."Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Xerson vilayətinin Osokorovka və Rozovka yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29-u vurub", - Konaşenkov brifinqdə deyib.Onun sözlərinə görə, 17 HIMARS MLRS mərmisi də Xerson şəhəri yaxınlığında, Xerson və Xarkov vilayətlərində havada məhv edilib. Bundan başqa, Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında "Toçka-U" taktiki raketi də ələ keçirilib."Hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Perşotravnevo, Xerson vilayətinin Çarivnoe və Petrivske, "Donetsk Xalq Respublikası"nın Valeryanovka və Novoandreevka yaşayış məntəqələri ərazilərində 7 pilotsuz uçuş aparatını vurub", - Konaşenkov bildirib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/18/444322398_0:0:2731:2048_1920x0_80_0_0_1ba82fb2609a007915cd7c9341daf1be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, hərbi təyyarə, rusiya
ukrayna, hərbi təyyarə, rusiya
Rusiya MN Ukrayna qırıcı təyyarələrinin vurulduğunu açıqladı
Nazirlikdən bildirilib ki, Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında "Toçka-U" taktiki raketi də ələ keçirilib.
BAKI, 27 sentyabr — Sputnik. Rusiya hərbçiləri Xerson vilayəti üzərində səmada Ukrayna Silahlı Qüvvələrinin iki MİQ-29 qırıcısını vurub, həmçinin ABŞ-ın HIMARS reaktiv yaylım atəş sisteminin (MLRS) 17 mərmisini məhv edib. Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Xerson vilayətinin Osokorovka və Rozovka yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29-u vurub", - Konaşenkov brifinqdə deyib.
Onun sözlərinə görə, 17 HIMARS MLRS mərmisi də Xerson şəhəri yaxınlığında, Xerson və Xarkov vilayətlərində havada məhv edilib. Bundan başqa, Xarkov vilayətinin Kupyansk rayonu yaxınlığında "Toçka-U" taktiki raketi də ələ keçirilib.
"Hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Perşotravnevo, Xerson vilayətinin Çarivnoe və Petrivske, "Donetsk Xalq Respublikası"nın Valeryanovka və Novoandreevka yaşayış məntəqələri ərazilərində 7 pilotsuz uçuş aparatını vurub", - Konaşenkov bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.