Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya MN-dən vətəndaşlarının məcburi geri qaytarılması ilə bağlı fikirlərə münasibət

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidRusiya pasportu, arxiv şəkli
Rusiya pasportu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstan Respublikasının, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada qalan Rusiya vətəndaşlarının guya Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib.
BAKI, 27 sentyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Rusiya vətəndaşlarının məcburi geri qaytarılması ilə bağlı Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarına müraciət göndərməyib və göndərməyi planlaşdırmır.
"Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstan Respublikasının, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada qalan Rusiya vətəndaşlarının guya Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib, hazırlamayıb və planlaşdırmır", - Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov bildirib ki, Qazaxıstan səfərbərlikdən yayınan şəxsləri axtarışa verildiyi təqdirdə Rusiyaya təhvil verməli olacaq.
"Bizim Rusiya ilə hüquqi yardımın göstərilməsi, məhkumların dəyişdirilməsi və cinayətkarların ekstradisiyası ilə bağlı müqavilələrimiz var. Həm burada, həm də Rusiyada ən mühüm prinsip cinayət məsuliyyəti nəzərdə tutan əməl idi. Axtarış elan edildiyi təqdirdə biz bu şəxsləri müəyyən edib Rusiyaya ekstradisiya qaydasında təhvil verəcəyik", - deyə Axmetjanov jurnalistlərə bildirib.
Daha əvvəl bildirilmişdi ki, sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan ediləndən bəri Qazaxıstana 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, 64 mindən çoxu isə tərk edib.
Sentyabrın 26-da Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik zamanı vətəndaşların gediş-gəlişinə məhdudiyyətlərin qoyulmasının planlaşdırılmadığını açıqlayıb.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyə cəlb olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
Sentyabrın 22-də prezidentin sözçüsü Dmitri Peskov fərmanın 1 milyona qədər insanın hərbi xidmətə çağırılmasına icazə verməsi ilə bağlı xəbərləri təkzib edib.
Xəbər lenti
0