Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Tarif Şurası daşıyıcıların təklifi ilə bağlı hökumətə müraciət edəcək

© Photo : REPORTСгоревший автобус в Баку
Сгоревший автобус в Баку - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Müavinlər nazirlətə müraciət edəcəklər.
BAKI, 26 sentyabr - Sputnik. Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət ediblər.
Bu barədə "Report"a Tarif Şurasından bildirilib.
Məlumata görə, müraciətdə göstərilən məsələrlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.
Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.
Xatırladaq ki, «Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası (bundan sonra - Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir.
Fərmanla Azərbaycan Respublikası İqtisadiyyat naziri Şuranın sədri olmaqla maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarət üzvlər müəyyən edilmişdir.
Fərmandan da aydın olduğu kimi, hökumət üzvləri həm də Tarif Şurasının üzvüdürlər.
Xəbər lenti
0