Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: "Qərbin fikirləri və mümkün sanksiyalar Rusiyanı yolundan çəkindirmir"

© CHIP SOMODEVILLA / GETTY IMAGES NORTH AMERICA / AFPSanksiyalar
Sanksiyalar  - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Ryabkov sanksiyalar mövzusunda danışarkən qeyd edib ki, sanksiya təzyiqi konseptual və maddi cəhətdən tükənib.
BAKI, 26 sentyabr — Sputnik. "Donbasda, eləcə də Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlara dair Qərbin fikirləri və mümkün sanksiyalar Rusiyanı yolundan çəkindirmir, əksinə, onun məqsədlərinə çatmaqda qətiyyətini artırır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Ən quduz anti-Rusiya tərəfdarları Aİ kabinetlərini alt-üst edir, onlar müxtəlif ölkələrdə bir çox siyasi partiyalara, hökumətlərə rəhbərlik edirlər. Bu, bizi yolumuzdan çəkindirmir, bizim irəliyə doğru addımlamaq və sabitliyi təmin etmək əzmimizi gücləndirir", - o, Birinci Kanalın efirində bildirib.
Ryabkov sanksiyalar mövzusunda danışarkən qeyd edib ki, Rusiyanı yeni sanksiyalarla şantaj etmək üçün daha bir cəhd haqqında eşitmişik, lakin bu cəhdlər əvvəllər də olub: sanksiya təzyiqi konseptual və maddi cəhətdən tükənib.
Sentyabrın 23-də "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb. Səsvermə beş gün, sentyabrın 27-dək davam edəcək. Yerli əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.
Respublika və vilayət nümayəndələrinin fikrincə, Rusiyaya birləşmək onların ərazilərinin təhlükəsizliyini təmin edəcək və tarixi ədaləti bərpa edəcək. Onların fikrincə, bu qərar dinc sakinləri öldürmək üçün Ukrayna hakimiyyətinin silahla təchiz edilməsi və NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir. Rusiya Prezidenti Vladimir Putin ötən həftə Rusiyanın Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinləri tərəfindən veriləcək qərarı dəstəkləyəcəyini bildirib.
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
RUSİYA
Putin: Qərb Rusiyaya hörmətlə yanaşmalıdır
Xəbər lenti
0